Bakıda avtomobildən pul və qızıl üzük OĞURLANDI

Qaradağda avtomobildən oğruluq olub.

Bu barədə Viral.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ticarət mərkəzində “Mercedes” markalı avtomobildən 4600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Son Yazılar:

Onun “KİA” markalı digər avtomobildən içərisində 1650 manat pul və qızıl üzük olan çantanı oğurlaması da məlum olub.

Araşdırma aparılır.