ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına REAKSİYA

ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir.

Viral.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Azərtac-ın regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk Qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və AB-nin artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabında deyilib.

ABŞ-ın Ermənistana yardımlarını artırmasına gəldikdə bildirilib ki, ABŞ-ın bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.

Son Yazılar:

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın daha böyük regional təhlükəsizlik və tərəqqi təmin edəcəyinə inandığımız davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir:

“Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.