Niyə spirt içməməlisən? – 6 fərqli XƏRÇƏNG RİSKİ

Yaşı 50-dən aşağı olan yetkinlərdə son altı onillikdə döş və kolorektal xərçəng getdikcə daha çox inkişaf edir və alkoqol istifadəsi bu tendensiyaya töhfə verən amil ola bilər.

Viral.az-ın məlumatına görə, bu barədə Amerika Xərçəng Tədqiqatları Assosiasiyasının hesabatında deyilir .

Müəlliflər narahatedici bir nümunəni də təsvir etdilər: Xərçəngdən ölüm nisbətləri azalsa da, bir neçə növ xərçəngin ümumi halları izaholunmaz şəkildə artır. Xüsusilə gənclər arasında mədə-bağırsaq sisteminin kolorektal xərçənginə yoluxma hallarının artması narahatlıq doğurur.

Son Yazılar:

Alimlər bütün xərçənglərin 40 faizinin dəyişkən risk faktorları ilə əlaqəli olduğunu təxmin edirlər. Xüsusilə, onlar alkoqol istehlakını azaltmağı, həmçinin həyat tərzini dəyişməyi – məsələn, tütündən imtina, sağlam pəhriz və çəki saxlamaq, idmanla məşğul olmaq, ultrabənövşəyi radiasiyadan qaçmaq və çirkləndiricilərin təsirini minimuma endirməyi tövsiyə edirlər.

Yusif EYVAZLI