Rusiyanın Ukraynanın enerji sisteminə endirdiyi zərbələr qarşıdakı qış aylarında ölkə sakinlərinin həyat şəraitinə təhlükə yaradır.
Viral.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynada İnsan Hüquqlarının Monitorinqi Missiyasının hesabatında deyilir.
Ekspertlərin sözlərinə görə, bu qış ukraynalıların elektrik enerjisi təchizatında gündə 4 saatdan 18 saata qədər fasilələr ola bilər.
Son Yazılar:
- Keçmiş Britaniya əsgəri İrana casusluqda təqsirli BİLİNDİ
- “iPhone” sevərləri sevindirəcək ŞAD XƏBƏR
- Robert Köçəryana qarşı yeni ittihamlar irəli SÜRÜLDÜ
Hesabatda bildirilir ki, Kiyev sakinlərinin demək olar ki, 95%-i zirzəmilərin mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edir, binanın yuxarı mərtəbələrinin istiliklə təmin edilməsi üçün elektrik nasosları lazımdır.
“Qəza ehtiyatı üzrə elektrik enerjisi təminatı olmasa, milyonlarla şəhər sakini istiliksiz qala bilər”, – hesabatda vurğulanır.