Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.
Viral.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan “İqlim keçidlərində ali təhsilin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: “İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir”.
Son Yazılar:
- Bakıda 5 marşrut üzrə avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR
- Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
- Müəllim kənd yerlərində ən hörmətli şəxs hesab edilirdi…
F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində “Yaşıl həftə” elan olunub: “Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq” (Report).