Gələn ilin müdafiə və təhlükəsizlik xərcləri AÇIQLANDI

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 396 297 596,0 manat olacaq.

Viral.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən,

Son Yazılar:

– müdafiə qüvvələri – 2 665 277 196,0

– milli təhlükəsizlik – 467 917 873,0

– sərhəd xidməti – 540 314 143,0

– müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711,0

– müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673,0

– xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 4 580 000 000,0.