Sloveniya parlamenti qarşısında Fələstin bayrağı qaldırıldı

Sloveniya Respublikasının hakimiyyəti Yaxın Şərq dövlətinin müstəqilliyini tanıdıqdan sonra Dövlət Assambleyası (parlamentin aşağı palatası) qarşısında Fələstin bayrağını qaldırıb.

Viral.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Parlamentin girişi qarşısında hazırda Fələstin, Ermənistan (Respublika parlamentinin sədri Alen Simonyanın Lyublyana səfəri ilə əlaqədar), Sloveniya və Avropa İttifaqının bayraqları qaldırılıb.

Son Yazılar:

Xatırladaq ki, iyunun 4-də Sloveniya Dövlət Assambleyasının deputatları Fələstinin müstəqil dövlət kimi tanınmasına səs veriblər. Respublikanın Baş naziri Robert Qolobun sözlərinə görə, Sloveniya hakimiyyəti bununla İordan çayının qərb sahili və Qəzza zolağının sakinlərinə ümid verir. Ölkənin xarici işlər naziri Tanya Fion bildirib ki, Sloveniya Yaxın Şərqdə sülhün bərqərar olması və israillilərlə fələstinlilərin dinc yanaşı yaşaması üçün məsuliyyətli və ardıcıl səylərini davam etdirəcək.

Mayın 30-da Sloveniya hökuməti Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib və bu qətnaməni respublikanın ali nümayəndə və qanunvericilik orqanı olan parlamentin aşağı palatasının təsdiqinə göndərib.

(redaktor.az)