Britaniya Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri vurmağa icazə verdi

London Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri Britaniya silahları ilə vurmağa icazə vermək qərarına gəlib.

Viral.az xəbər verir ki, bu barədə “rbc.ua” Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Departament qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

Son Yazılar:

Liderlər iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh sammitinə hazırlıq məsələlərinə diqqət yetiriblər.

“Əminəm ki, hətta seçkiqabağı dövrdə də Böyük Britaniya sammitdə ən yüksək səviyyədə təmsil olunacaq”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti və Böyük Britaniyanın Baş naziri Ukraynanın hava hücumundan müdafiə və uzaq mənzilli imkanlarının gücləndirilməsi məsələlərinə toxunublar.

“Prezident Böyük Britaniyanın Rusiya ərazisindəki hərbi hədəfləri vurmaq icazəsini qeyd edib”, – Zelenskinin bəyanatında deyilir.

Dövlət başçısının sözlərinə görə, Londonun belə bir qərarı Rusiyanın müharibəni genişləndirmək və insanların həyatını xilas etmək cəhdlərinin qarşısını alacaq.

Həmçinin müzakirə mövzularından biri də Ukrayna və Britaniya arasında birgə təlim missiyalarının imkanları olub.

Xatırladaq ki, mayın əvvəlində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün Britaniya silahlarından istifadə edə biləcəyini bildirmişdi.

Lakin bu yaxınlarda Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə icazə “yüz faiz deyil”.

(redaktor.az)