Norveç Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsinə 242 milyon ABŞ dolları vəsait ayıracaq.
Viral.az-ın “Reuters“ə istinadən məlumatına görə, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe açıqlama verib.
O qeyd edib ki, həmin vəsaitin böyük hissəsi ölkənin Qara dənizdəki hərbi donanmasının maddi-texniki təminatına, idxal-ixrac əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də sözügedən akvatoriyadan yönələn təhlükənin qarşısını almağa sərf olunacaq.
Son Yazılar:
- Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
- Prezidentdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı FƏRMAN
- İlham Əliyev azad edilmiş ərazilərlə bağlı sərəncam İMZALADI
Eyni zamanda rəsmi Oslo Ukraynaya minatəmizləmə əməliyyatları, habelə ordunun şəxsi heyətinin hərbi hazırlığında da dəstək olacaq.