Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandırmaq qərarına gəlib.
Viral.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ölkənin xarici işlər nazirlərinin ilk iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılmasına dair razılığa gəldik”, – o deyib. K.Kallas Aİ-nin yaxın bir həftə ərzində quruma üzv ölkələrə müvafiq təklif verəcəyini və bundan sonra onu təsdiq etməli olacağını vurğulayıb.
Son Yazılar:
- Hakan Fidan Kaya Kallasla Ukrayna və Suriyadakı son durumu müzakirə etdi
- Ərdoğan çox ağıllı adamdır – Tramp
- Ukraynada müharibəni dayandırmaq üçün irəliləyiş VAR
Bununla yanaşı, Kallas bildirib ki, Aİ ölkədə repressiya və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə qarşı şəxsi sanksiyaların tətbiqi barədə razılığa gələ bilməyiblər.
“Sanksiyaların tətbiqi üçün təəssüf ki, hələ mövcud olmayan birliyə ehtiyacımız var” – o əlavə edib.
Kallas Macarıstan və Slovakiyanın Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyaların qarşısını aldığını təsdiqləyib. Lüksemburq və bir sıra digər ölkələr “Gürcü arzusu” Partiyasına qarşı sanksiyalara qarşı çıxış ediblər.