Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb.
Viral.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb bölgəsində pilot layihənin icrasına başlanılacaq:
Son Yazılar:
- Ərdoğan Misirə GEDİR
- Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar VERDİ
- Gəncədə şagird məktəb yoldaşını BIÇAQLADI
“Burada cərrahi xidmətlərin daha da təkmilləşdirilməsi ilə bağlı gələn ilin yanvar ayından yeni layihə reallaşdırılacaq”.
Direktor qeyd edib ki, sözügedən layihə ilə bağlı regionlardakı icra hakimiyyətləri ilə danışıqlar aparılıb:
“Həmin bölgəyə cəlb olunan həkimlərin və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılacaq. Məqsəd odur ki, regionda yaşayan vətəndaşımız tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə etsin. Çox güman ki, gələn ilin ilk 6 ayında müsbət nəticələr əldə edəcəyik”.