Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqladı

NATO-nun Baş katibi Mark Rutte Almaniyanın Visbaden şəhərində alyansın Ukraynaya silah tədarükünün koordinasiyası üzrə komandanlığının işinə başladığını açıqlayıb.

Viral.az xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO-nun Visbadendəki komandanlığı işinə başlayıb”, – Baş katib deyib.

Son Yazılar:

Rutte həmçinin Aİ və NATO ölkələrini Ukraynaya hərbi təchizatın təmin edilməsinə diqqət yetirməyə çağırıb.

“Ukraynanı güclü vəziyyətə gətirmək lazımdır. İndi cəbhə şərqə yox, qərbə doğru irəliləyir. Bunu dəyişmək bizim əsas prioritetimizdir”, – o söyləyib.