“Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livanda vurduğu ziyana görə təzminat ödəməsi üçün İsrailə təzyiq göstərməyə davam etməlidir”.
Viral.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Livanın Baş naziri Nəcib Miqati ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ölkəsi Livanda sülhə töhvə verməyə davam edəcək və bu ölkənin sabitliyinə zərər verəcək hər bir addımın qarşısında olacaq.