Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Bildirilib ki, bu liderlərin bu il səkkizinci görüşüdür.
Son Yazılar:
- Tovuzda məktəbdə 10-dan çox şagird tüstüdən zəhərləndi – YENİLƏNİB
- Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin EDİLDİ
- Azərbaycanlı aktyor qızına toy etdi – VİDEO
Zelenski görüşdən sonra teleqram hesabında paylaşım edərək Parisin Ukraynada xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü müzakirə etdiklərini açıqlayıb:
“Fransa Prezidenti Emmanuel Makronla məhsuldar görüş keçirdim. Makronun Ukraynada sülh yolunda sabitliyə töhfə verə biləcək qüvvələrin olması ilə bağlı təşəbbüsü üzərində işləməyə davam etdik. Fransanın ordumuz üçün bir briqadanı hazırlamasına görə təşəkkür etdim, bu əməkdaşlığı davam etdirmək və daha bir briqada hazırlamaq barədə razılığa gəldik”.
Ukrayna lideri əsas vəzifənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi olduğunu qeyd edib.