“Ermənistanın hökumətyönlü teleqram kanallarını oxumaq xəstəliyə səbəb ola bilər”.
Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın teleqram kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistandan silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırarkən deyib.
“Ermənistanda hökumətyönlü teleqram kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır. Bəzən elə cəfəngiyyatlar yayırlar ki…”, – deyə Zaxarova bildirib.
Son Yazılar:
- Daha bir erməninin İrəvana girişinə qadağa QOYULUR
- Tovuzda məktəbdə 10-dan çox şagird tüstüdən ZƏHƏRLƏNDİ – YENİLƏNİB
- Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin EDİLDİ
O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir.