Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.
Bu barədə Viral.az–a Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Ə.Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub.
Son Yazılar:
Baş nazir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və respublikamızın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.