Türkiyəli tanınmış jurnalist Fatih Altaylı barəsində həbs qərarı çıxarılıb.
Viral.az xəbər verir ki, bu barədə məlumatı “Sabah” yayıb.
Altaylı “xalqı düşmənçiliyə təhrik etmək və onu alçaltmaq” maddəsi üzrə təqsirli bilinib və ona 2 il 3 ay azadlıqdan məhrum edilmə cəzası təyin olunub.
Son Yazılar:
- ““Van Dam” kimi qəhrəman olmaq istəmişəm”
- Azərbaycanda təhlükəli virus yayıldı – XƏBƏRDARLIQ
- ABŞ Ukrayna üçün son yardım paketini elan EDİR
Həmçinin onun yenidən xaricə çıxışına qadağa qoyulub.
Xatırladaq ki, jurnalist barəsində yanvar ayında sosial şəbəkələrdə etdiyi paylaşımlara görə araşdırma başladılıb. O, bəzi paylaşımlarında “cinayəti və cinayətkarı tərif etmək” və “xalqın bir hissəsini nifrət və düşmənçiliyə təhrik etmək və alçaltmaq” ittihamları ilə şübhəli bilinib.
Hakim qarşısına çıxdıqdan sonra Altaylının ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb. Lakin avqust ayında bu qadağa ləğv edilib.