Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpü sökülür.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Agentlik tərəfindən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Son Yazılar:
- Mayotta sakinləri Makronun istefasını tələb edib
- Prezident Pakistanın Baş nazirinə təşəkkür məktubu GÖNDƏRDİ
- İlham Əliyev Ərdoğana Azərbaycanın D8-ə üzv seçilməsində dəstəyinə görə təşəkkür etdi
İlkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilir.
Qeyd edək ki, 1970-ci illərdə inşa edilmiş sözügedən körpüyə baxış keçirilib və qəzalı vəziyyətdə olduğu müəyyənləşib.