Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.
Viral.az bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir.
Qeyd edək ki, https://customs.gov.az saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb.
Son Yazılar:
- Ərdoğan ABŞ-yə GEDƏCƏK
- Aeroport şosesində yol qəzası sıxlığa səbəb OLDU
- Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat ETDİ
Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.