İrəvanda 226 etirazçı saxlanılıb.
Viral.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nə polisin mətbuat xidmətindən saat 11:00-da bildirilib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə şöbəyə aparılıblar.
Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis etirazçıları saxlamağa başlayıb.
Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da Yerevanla Bakı arasında Tavuşda sərhədin delimitasiyası ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb.
Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanı istefaya çağırıb.