Tələbimizə məhəl qoyulmasa, parlamentə girişi bağlayacağıq

“Deputatlar baş nazirin impiçmenti üçün növbədənkənar iclas çağırmaqdan imtina edərlərsə, etirazçılar Ermənistan parlamentinin binasına girişləri bağlayacaqlar”.

 

Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu radikal “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan müxalifətin çadır şəhərciyi qurduğu Baqramyan prospektində deyib.

Son Yazılar:

 

O bəyan ki, deputatlar vergi ödəyicilərinin tələblərinə məhəl qoymasalar, onların  bu vergi ödəyicilərinin pulu ilə “işləmək” hüququ yoxdur.

 

Qeyd edək ki, Ermənistan parlamentinin sədri hər hansı erkən seçki məsələsinin müzakirə olunmadığını açıqlayıb.