Ermənistan müxalifəti erkən seçkilərə getməyə hazır olduğunu açıqladı

Ermənistanda müxalifət Baş nazir Nikol Paşinyan seçkiqabağı dövrdə hökumət başçısı vəzifəsini icra etməsə, deputat mandatlarından imtina etməyə və növbədənkənar seçkilərə getməyə hazırdır.

Viral.az TASS-a istinadla xəbər verir ki, bunu parlamentdə Ermənistan fraksiyasının katibi Artsvik Minasyan deyib.

“Hakimiyyət bizə deyir ki, mandatından əl çək, gedək, heç bir sual yoxdur, onlar da imtina etsinlər. Özünü baş nazirin əvəzedici vəzifəsi kimi göstərsin, onun müavinlərindən biri olsun”, – deyə Minasyan bildirib.

Son Yazılar:

(redaktor.az)