Martın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Viral.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında bildirilib.
“Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla telefon danışığında ikitərəfli siyasi dialoqumuz çərçivəsində qarşıda duran hadisələri müzakirə etdik. Mən onu ad günü münasibətilə də təbrik etdim”, – Mirzoyan qeyd edib.