Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah” səfərdə “Neftçi”ni məğlub edib.
Viral.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan matçda qonaqlar rəqibini 2:1 hesabı ilə üstələyiblər.
11-ci dəqiqədə Azər Salahlı topu öz qapısına göndərməklə “bayquşlar”ı hesabda irəli çıxarıb. 10 dəqiqə sonra Yuri Matias “status-kvo”nu bərpa etsə də, 52-ci dəqiqədə adını tabloya yazdıran Pavol Safranko yekun hesabı müəyyənləşdirib.
Son Yazılar:
- Ərdoğan ABŞ-yə GEDƏCƏK
- Aeroport şosesində yol qəzası sıxlığa səbəb OLDU
- Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat ETDİ
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” doğma meydanda “Qarabağ”a qalib gəlib – 1:0.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.