IV qrupun lideri olan Nəzrin

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

Viral.az xəbər verir ki, bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Əhmədova Nəzrin Ramil qızı göstərib.

Son Yazılar:

 

O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.

 

Nəzrin V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunudur.