Avstriyada vergidən yayınma cinayət əməlini törətməkdə təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan, Türkiyə Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Özbek Kudret Abdullatif 2023-cü ilin dekabr ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyinin vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Ekstradisiya haqqında” Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil verilib.