Avropa İttifaqı ölkələri 14-cü anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Viral.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Son Yazılar:
- Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
- Noyabr ayı üzrə pensiyaların ödənişi YEKUNLAŞDI
- “Rusiyada səfərbərliyə ehtiyac yoxdur” – Peskov
Agentlik adı açıqlanmayan diplomatlara istinadən yazır ki, yeni məhdudiyyətlər, xüsusən, üçüncü ölkələrdəki törəmə şirkətlər və tərəfdaşlar tərəfindən sanksiyaların pozulmasına görə Aİ operatorlarını məsuliyyətə cəlb etmək planı ilə Rusiya LNG-nin daşınmasına qadağa daxildir.
Almaniyanın tərəddüdünün qismən Xarici İşlər Nazirliyi ilə Kansler Ofisi arasında olan daxili fikir ayrılıqları ilə bağlı olduğu bildirilir. Berlin törəmə şirkətləri “müqavilə əsasında Rusiya Federasiyasına təkrar ixracı və Rusiya Federasiyasında istifadə üçün təkrar ixracı qadağan etməyə” məcbur edən bəndin çıxarılmasında israr edib.
Bu bənd çıxarılıb, lakin Almaniyanın hələ də sənədə etirazları var.