“Davamlı xoruldayan insanlarda hipertoniya riski iki dəfə çoxdur”.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, avstraliyalı həkimlər Tibb və İctimai Sağlamlıq Kollecindən Dr. Bastien Lesha və “Flinders” Universitetinin Yuxu Sağlamlığı Departamentinin direktoru Denni Ekkert xoruldamanın bu təhlükəli nəticəsi barədə danışıblar.
Həkimlər xoruldamağı yüksək təzyiqin göstəricisi kimi müəyyən ediblər, çünki yuxunun pozulması hipertoniya riskini artırır.
Son Yazılar:
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
“Biz mütəmadi olaraq xoruldayanların nəzarətsiz hipertoniyaya tutulma riskinin iki dəfə çox olduğunu müşahidə etdik. Bu risk nizamsız xoruldayanlarla müqayisədə müntəzəm olaraq xoruldayan və ya yuxu apnesi olan insanlarda təxminən iki dəfə artıb”, – Ekkert bildirib.
(redaktor.az)