-->
Sabirabadda yeni doğulan körpə ÖLDÜ

Sabirabadda yeni doğulan körpə ÖLDÜ

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb. Viral.az teleqraf.az-a istinadla xəbər verir ki, hadisə martın 28-də baş verib. Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib. Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb. Məlumata görə, ilkin…

Ətraflı
Cənub sərhədlərimizdə qeyri-sabitlik istəyənlərin fərqindəyik

Cənub sərhədlərimizdə qeyri-sabitlik istəyənlərin fərqindəyik

Türkiyə cənub sərhədlərində qeyri- sabitliyi davam etdirmək istəyənlərin fərqindədir. Viral.az NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib. O bildirib ki, Türkiyə Suriyada baş verənləri yaxından izləyir: “Lazımi tədbirləri görürük. Suriyanın ərazi bütövlüyünü və milli birliyini pozmaq istəyənlərin fərqindəyik. Belə addımlara imkan verməyəcəyik”.

Ətraflı
Səudiyyə Ərəbistanının Kralı Prezidentini təbrik ETDİ

Səudiyyə Ərəbistanının Kralı Prezidenti təbrik ETDİ

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Viral.az-ın xəbərinə görə, təbrikdə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq. Allahdan diləyirik ki, bu mübarək bayramda…

Ətraflı
Gəncədə maşın piyadanı VURDU

Gəncədə maşın piyadanı VURDU

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü F.Qarayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Qeyd edək ki, F.Qarayev ərazidə yolu süpürərkən avtomobil onu vurub. Onun Gəncə şəhər…

Ətraflı
Polis binaların girişində oğurluq edənləri saxladı

Polis binaların girişində oğurluq edənləri saxladı

Sosial şəbəkələrdə Sumqayıt şəhərində binaların girişlərində oğurluq edilməsi ilə bağlı görüntülər yayılıb.  Viral.az–ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində görüntülərdəki şəxslər 38 yaşlı Azad Sarıyev və 29 yaşlı Zaur Ərzimanov saxlanılıb.  Onların Sumqayıt şəhəri ərazisində analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.

Ətraflı
“Bəzi Xalq və Əməkdar artistlər acından ölür”

“Bəzi Xalq və Əməkdar artistlər acından ölür”

“Elə sənət dostlarımız var ki, Xalq, Əməkdar artisti, amma evdə acından ölürlər. Ad çəkməyəcəyəm, amma kim gündəmdədi, tələbatlıdır ona ilişirlər”. Viral.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Tarixin bir günü” verilişində deyib. Sənətçi bəzi Xalq və Əməkdar artistlərin məclislərə dəvət olunmadığını deyib: “Sənin sənətin varsa və tələbat yoxdursa, problem səndədir. Musiqi ruhun qidasıdır,…

Ətraflı
“Bayağı müğənnilərin sayını çoxaldan zövqsüz varlılardır”

“Bayağı müğənnilərin sayını çoxaldan zövqsüz varlılardır”

“Keyfiyyətli musiqiçilərin hamısı ucuz saraylarda çıxış edir. Amma kimin ki, sənəti yoxdur, ortada qalmışdı, “qıjı”dır, bir-iki “həci” ilə qabağa gedib, bir-iki mahnı ilə bərk gedən saraylarda çıxış edir”. Viral.az xəbər verir ki, bu sözləri şair və qiraətçi Nazilə Səfərli instaqram səhifəsində yayımladığı videoda deyib. Sənətçi bildirib ki, bayağı ifaçıların sayını çoxaldan onları bəyənib və öz…

Ətraflı
Süni intellektin klipini hazırladılar - VİDEO

Süni intellektlə klipini hazırladılar – VİDEO

Süni intellekt proqramı vasitəsilə mərhum xalq artisti İlhamə Quliyevanın klipini hazırlayıblar.  Viral.az xəbər verir ki, hazırlanan klipdə İ.Quliyevanın səsini və hərəkətini əks etdirən görüntülər təqdim olunub. Xalq artistinin görüntülərini əks etdirən həmin klip izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı ildə 73 yaşında vəfat edib. Sözügedən görüntüləri təqdim edirik:

Ətraflı
Prezident Xalq artistini TƏBRİK ETDİ

Prezident Xalq artistini TƏBRİK ETDİ

Prezident İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovanı doğum günü münasibətilə təbrik edib. Viral.az-ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli Şəfiqə xanım! Sizi – teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun,…

Ətraflı
İlon Mask “X”i 33 milyard dollara SATDI

İlon Mask “X”i 33 milyard dollara SATDI

Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsini satıb. Viral.az xəbər verir ki, bu barədə Mask özü paylaşım edib. Belə ki, o, əvəllər “Tvitter” kimi tanınan “X”i  süni intellekt “xAI” şirkətinə 33 milyard dollara satıb. “xAI” və “X”in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı…

Ətraflı
Myanmada zəlzələ nəticəsində 144 nəfər ÖLDÜ

Myanmada zəlzələdə ölənlərin sayı 1000-i ötdü

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Viral.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb.  Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib. *** 09:30…

Ətraflı
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 29-cu gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 29-cu günüdür. Viral.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası: “Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”. Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından…

Ətraflı
Myanmada zəlzələ nəticəsində 144 nəfər ÖLDÜ

Myanmada zəlzələ nəticəsində 144 nəfər ÖLDÜ

Myanmada baş verən güclü nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb. Viral.az xəbər verir ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb. Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən işçi olub. Qeyd edək ki, Myanmada öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bəzi evlər, həmçinin Saqayn…

Ətraflı
Myanmada zəlzələdə ölənlərin sayı AÇIQLANDI

Myanmada zəlzələdə ölənlərin sayı AÇIQLANDI

Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb. Viral.az xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir. Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər…

Ətraflı
Məşhur dairə ləğv edilir, “Şəki” restoranı da söküləcək

Məşhur dairə ləğv edilir, “Şəki” restoranı da söküləcək

Bakının Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairə ləğv edilir. Viral.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, dairənin yerində avtomobil tuneli inşa olunur. Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan “Şəki” restoranı və ona bitişik digər tikililər…

Ətraflı
Goranboyda ata yeniyetmə qızını bıçaqlamaqda təqsirləndirilir

Goranboyda ata yeniyetmə qızını bıçaqlamaqda təqsirləndirilir

Goranboyda bıçaqlanma hadisəsi baş verib. Viral.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır. Faktla bağlı…

Ətraflı
Türkiyədə bir telekanala 10 günlük yayım qadağası tətbiq OLUNDU

Türkiyədə bir telekanala 10 günlük yayım qadağası tətbiq OLUNDU

Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə törədilən kütləvi iğtişaşları işıqlandıran “Sözcü” telekanalına 10 günlük yayım qadağası tətbiq edib. Viral.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb. Qeyd olunub ki, tənzimləyici orqan telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib. Eyni zamanda…

Ətraflı
Nazirlərin Suriya səfəri ləğv EDİLDİ

Nazirlərin Suriya səfəri ləğv EDİLDİ

Almaniyanın daxili işlər naziri Nensi Fezer və avstriyalı həmkarı Gerhard Karnerin Suriyaya səfərləri təhlükəsizlik təhdidləri səbəbindən ləğv edilib. Viral.az xəbər verir ki, nazir və nümayəndə heyətini İordaniyadan Dəməşqə aparmalı olan hərbi təyyarə geri qayıdıb. Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü qərarın konkret terror təhdidləri ilə əlaqədar olduğunu bildirib. Səfər çərçivəsində keçid hökumətinin iki naziri, həmçinin BMT-nin Qaçqınlar…

Ətraflı