-->
photo 264652

Bu məktəblərdə 4 yanvar dərs günü OLACAQ

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5 və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür. Viral.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda…

Ətraflı
photo 264638

Aliment borcu hansı hallarda silinə bilər?

Ali Məhkəmə aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Viral.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Məlumata görə, işin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış…

Ətraflı
photo 264632

İlham Əliyev Roma Papasına məktub GÖNDƏRDİ

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Viral.az xəbər verir ki, məktubda deyilir: “Zati-müqəddəsləri, Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında…

Ətraflı
photo 264610

Ceyhun Bayramov Serbiyaya GETDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ətraflı
Son D%C9%99qiq%C9%99

Türkiyədə ağır yol qəzası oldu, 10 nəfər YARALANDI

Türkiyənin Kahramanmaraş şəhərində ağır yol qəzası olub. Viral.az “akşam”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 10 nəfər yaralanıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Ətraflı
photo 264550

Aİ Rusiyaya qarşı yeni sanksiyalar HAZIRLAYIR

Avropa İttifaqı (Aİ) 2025-ci ilin fevralında Ukrayna ilə müharibənin üçüncü ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Viral.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” Aİ-dəki mənbələrə istinadən bildirib. Qeyd edilir ki, artıq hazırlıq işlərinə başlanılıb. Növbəti sanksiyalar paketi rəsmi Moskvaya açıq siqnal kimi nəzərdə tutulub: “Məhdudiyyətlər Rusiya iqtisadiyyatının hələ də…

Ətraflı
photo 264548

Valideynləri onu niyə qəbul etmirlər?

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb. Viral.az xəbər verir ki, verilişin budəfəki sayının qonağı aparıcı Kəmalə Piriyeva olub. O qeyd edib ki, incəsənət sahəsinə uşaqlıqdan marağı olsa da, bunu ətrafından gizlədib. “Məndən böyüyəndə kim olacağımı soruşanda deyirdim ki, psixoloq olmaq istəyirəm. Əslində isə bu belə deyildi. Amma incəsənət sahəsində olmaq istədiyimi göstərməyə çalışırdım. Məktəb…

Ətraflı
photo 264540

İsmayıllıda ağır qəza – Ölənlər VAR

Bu gecə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Viral.az xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Nəticədə sərnişinlər -2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin…

Ətraflı
photo 264530

Roma Papasının halı PİSLƏŞDİ

Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək. Viral.az xəbər verir ki, o, soyuqladığı üçün dekabrın 22-i bazar günü Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək. Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib. Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.

Ətraflı
photo 264518

Polşa Ukraynaya yeni helikopterlər VERDİ

Polşa Ukraynaya iki “Mi-8” helikopteri və bir “Bell 412” helikopteri təhvil verib. Viral.az xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar sosial şəbəkə hesabında yazıb. Bildirilib ki, helikopterlər Xarkov Milli Daxili İşlər Universitetində təhsil alan gələcək pilotların hazırlanması və təlimi üçün istifadə olunacaq. “Bell 412-HP” müxtəlif missiyalar, o cümlədən xilasetmə əməliyyatları, yük və…

Ətraflı
photo 264517

Lənkəranda ikimərtəbəli yaşayış evi YANDI

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb. Viral.az “Report”a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb. Səxavət Rzayevə məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Dərhal hadisə yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Ümumi sahəsi 360 kvadratmetr sahəsi olan…

Ətraflı
photo 264515

İranda 10 hərbçi həlak OLDU

İranın Loristan əyalətinin Əndimeşk-Poldoxtar yolunda avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə İranın “Tasnim News” agentliyi məlumat yayıb. Məlumata görə, Palaam rayonunda sərnişin avtobusu dərəyə düşüb. “Qəzaya düşən avtobusda olan bütün sərnişinlər Xuzistandan Kirmanşah qarnizonuna köçürülən hərbçilərdir”, – regional Fövqəladə Hallar İdarəsinin baş direktoru bildirib. Onun sözlərinə…

Ətraflı
photo 264510

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü ZƏRƏRSİZLƏŞDİRİLDİ

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının bir neçə üzvünü öldürüb. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Yaxın Şərq ölkəsinin Qara bölgəsində keçirilmiş əməliyyat nəticəsində qruplaşmanın altı üzvü zərərsizləşdirilib. Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Ətraflı
photo 264499

“Fənərbağça”nın baş məşqçisi əməliyyat üçün ölkə xaricinə yollanacaq

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo əməliyyat üçün bu həftəsonu ölkə xaricinə yollanacaq. Viral.az “Record”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin səhhəti ilə bağlı problem dəqiqləşdirilməyib. Qeyd edək ki, “Fənərbağça” son dörd oyunu qələbəsiz başa vurub. Komanda hazırda Super Liqanın turnir cədvəlində 36 xalla ikinci yerdə qərarlaşıb.

Ətraflı
photo 264497

Bu rayonda ev quşları kütləvi tələf oldu

Oğuz rayonunun Yaqublu və Yenikənd kəndlərində ev quşları kütləvi tələf olub, sakinlərə maddi ziyan dəyib. Viral.az Report-a istinadən xəbər verir ki, quşlar arasında təlafat noyabr ayının sonundan etibarən başlayıb və bir həftə müddətində adıçəkilən kəndlərin əksər ərazilərində yayılıb. Axşam yemlədikləri toyuq-cücəni səhər tələf olmuş vəziyyətdə aşkar edən sakinlərin əksəriyyətinə 1500 – 2 min manat dəyərində…

Ətraflı
photo 264475

“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram”

Ucar rayon Qazyan kəndində 2 nömrəli tam orta məktəbdə istilik sisteminin olmadığı iddia edilir. Viral.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb. Bildirilib ki, adıçəkilən məktəbin binasına qaz xətti çəkilsə də, təhsil müəssisəsi istiliklə təmin olunmayıb. Valideynlərin sözlərinə görə, istilik olmadığı üçün uşaqlar tez-tez xəstələnir: “Uşaqlar sinifdə üst geyimi ilə otururlar. Srağagün bir övladımı…

Ətraflı
photo 264466

Media savadlılığı ilə bağlı onlayn kurs istifadəyə VERİLDİ

“Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən “medialiteracy.media.gov.az” platformasında onlayn kurs hazırlanıb. Bu barədə Viral.az-a MEDİA-dan məlumat verilib. Qeyd olunb ki, rəqəmsal dövrdə məlumatın sürətli yayılması, informasiya mühitinin mürəkkəbləşməsi istər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada yaradılan və ötürülən məlumatların təhlilini zəruri edir, media savadlılığı bacarıqlarının mənimsənilməsini daha da aktuallaşdırır. Bu baxımdan, onlayn…

Ətraflı
photo 264460

Neftin qiyməti AZALDI

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % azalaraq 75,12 ABŞ dolları təşkil edib. Viral.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,94 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri…

Ətraflı
photo 264443

Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırdı

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi “Ankaragücü” baş məşqçisi Kenan Koçakla yollarını ayırıb. Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Qeyd edək ki, “Ankaragücü” I Liqada 23 xalla səkkizinci sırada yer alıb.

Ətraflı