-->
Eritreyada girov saxlanılan vətəndaşlarımız ölkəyə GƏTİRİLDİ

Eritreyada girov saxlanılan vətəndaşlarımız ölkəyə GƏTİRİLDİ

Eritreyada girov saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə geri gətirilib. Viral.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb. “Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun…

Ətraflı
Masallıda mağazadan oğurluq edən şəxs saxlanıldı

Masallıda mağazadan oğurluq edən şəxs saxlanıldı

Polisin keçirdiyi tədbirlərlə silsilə oğurluqlar edən şəxs saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı…

Ətraflı
Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər saxlanıldı

Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər saxlanıldı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Viral.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib. Məlumata görə, mart ayının 21-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində…

Ətraflı
Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifəsindən UZAQLAŞDIRILIB

Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifəsindən UZAQLAŞDIRILIB

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar. Viral.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq…

Ətraflı
Pakistanın Milli Günü Bakıda qeyd OLUNDU

Pakistanın Milli Günü Bakıda qeyd OLUNDU

Pakistanın Milli Gününün 85-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı qaldırılıb. Viral.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin “X” hesabında paylaşım edib. Səfirliyin əməkdaşlarının, Bakıdakı Pakistan icmasının üzvlərinın və Azərbaycan vətəndaşlarının iştirak etdiyi tədbirdə Pakistan Prezidentinin və Baş nazirinin bu günün əhəmiyyətini vurğulayan mesajları oxunub.

Ətraflı
Azərbaycanlı cüdoçu beynəlxalq yarışda qızıl medal QAZANDI

Azərbaycanlı cüdoçu beynəlxalq yarışda qızıl medal QAZANDI

Azərbaycan cüdoçusu Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kubokunun qalibi olub. Viral.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb. Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.

Ətraflı
Millimiz Moldovaya böyük hesabla  UDUZDU

Millimiz Moldovaya böyük hesabla UDUZDU

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib. Viral.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin yeganə qolunu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub. Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən…

Ətraflı
Gəncədə zəncirvari qəza - yaralılar var

Gəncədə zəncirvari qəza – yaralılar var

Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub. Viral.az xəbər verir ki, Nizami Gəncəvi prospektində 3 avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər isə yüngül xəsarətlər alıb. R.Aslanov, Ə.Əliyev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
Azərbaycan BƏƏ-yə birbaşa investisiyalarını təxminən 5 dəfə artırdı

Azərbaycan BƏƏ-yə birbaşa investisiyalarını təxminən 5 dəfə artırdı

Ötən il Azərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa xarici investisiyaları 457,531 milyonABŞ dolları təşkil edib. Viral.az Azərbaycan Mərkəzi Bankına istinadla məlumat verir ki,investisiyaların həcmi illik müqayisədə 4,82 dəfə və ya 362,712 milyon ABŞ dolları artıb. BƏƏ-yə Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyalardakı payı 26 % təşkil edir. Öz növbəsində, BƏƏ Azərbaycan iqtisadiyyatına birbaşa  490,156 milyon ABŞ dolları (+53,67 %) sərmayə qoyub. Əmirlik investisiyalarının Azərbaycanda birbaşa xarici investisiyalarının…

Ətraflı
Əfsanəvi boksçu dünyasını dəyişdi

Əfsanəvi boksçu dünyasını dəyişdi

Əfsanəvi boksçu, amerikalı Corc Forman vəfat edib . Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı idmançının hələlik ölüm səbəbi açıqlanmayıb. C. Forman 1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarının qalibi olub. O, 45 yaşında ağır çəkidə çempion titulunu qazanan ən yaşlı boksçu kimi tarixə düşüb. Corc Forman dünya boks tarixinin ən böyük döyüşlərindən birinin iştirakçısıdır. Forman ağır çəkidə…

Ətraflı
Putin Trampa hədiyyə göndərdi

Putin Trampa hədiyyə göndərdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa hədiyyə göndərib. Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff müsahibələrindən birində deyib. “Prezident Putin aparıcı rus rəssamına Trampın portretini sifariş verib. Əsas etibarilə həmin portreti mənə verdi və onu Donald Trampın evinə aparmağımı istədi. Mən portreti ona verdim”, – Uitkoff…

Ətraflı
Bu gün üçüncü Qədr gecəsi olacaq

Bu gün üçüncü Qədr gecəsi olacaq

Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı xüsusi təqviminə görə, bu gün üçüncü Qədr gecəsini yaşayacağıq. Viral.az xəbər verir ki, təqvimə əsasən üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə keçən gecəyə (22 mart) təsadüf edir. Növbəti Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) olacaq. Xatırladaq Ramazanın ilk Qədr gecəsi mart ayının 18-dən 19-na keçən gecəyə, ikinci…

Ətraflı
Leyla Əliyeva uşaqlar üçün Novruz şənliyi təşkil etdi

Leyla Əliyeva uşaqlar üçün Novruz şənliyi təşkil etdi

Martın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar və yerli sakinlər üçün Novruz şənliyi təşkil edilib. Viral.az xəbər verir ki, Azərbaycan xalqının qədim adət-ənənələrindən olan Novruz bayramının əsas personajları, Kosa, Keçəl və Bahar qızı uşaqları şənləndirib, bayram tonqalının ətrafında birgə rəqs ediblər. Şənlik boyunca…

Ətraflı
Türkiyə səfirliyi Azərbaycana başsağlığı VERDİ

Türkiyə səfirliyi Azərbaycana başsağlığı VERDİ

Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib. Viral.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib. “Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik. Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza…

Ətraflı
Gürcü baş nazir Novruz bayramı tədbirinə qatıldı

Gürcü baş nazir Novruz bayramı tədbirinə qatıldı

“Biz xristianları və müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış və dostluqla fəxr edirik”. Viral.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Marneulidə Novruz bayramı tədbirində deyib. Novruz bayramı astronomik Günəş təqviminə görə baharın və yeni ilin başlanğıcıdır. Gürcüstanın baş naziri bu münasibətlə etnik azərbaycanlıların kompakt yaşayış məntəqələrində məskunlaşdığı Marneuli şəhərinə səfər edib. “Sizi…

Ətraflı
ABŞ və Ukrayna ilə bağlı müzakirələr aparacaq danışıqçıları Putin şəxsən seçdi

ABŞ və Ukrayna ilə bağlı müzakirələr aparacaq danışıqçıları Putin şəxsən seçdi

Rusiya və ABŞ arasında bazar ertəsi planlaşdırılan məsləhətləşmələrin iştirakçıları – Qriqori Karasin və Sergey Beseda çox təcrübəli danışıqçılardır.  Viral.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-la Ukrayna ilə bağlı müzakirələr aparacaq danışıqçıları şəxsən seçib. “Bunlar bu cür işlərdə böyük təcrübəyə malik yüksək təcrübəli danışıqlarçılardır…

Ətraflı
Ermənistan Türkiyəyə təşəkkür etdi

Ermənistan Türkiyəyə təşəkkür etdi

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyaya humanitar yardımın çatdırılması üçün sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib. Viral.az xəbər verir ki, Ermənistan hökumətinin Türkiyə üzərindən Suriyaya göndərdiyi humanitar yardımı çatdırmaq üçün tibbi ləvazimat və ərzaq məhsulları daşıyan yük maşınlarının “Marqara” körpüsündən keçdiyi bildirilir. “Mən türk həmkarlarıma bu humanitar missiyada əməkdaşlığa görə minnətdarlığımı bildirmək…

Ətraflı
Beynəlxalq Olimpiya Komitəsinə ilk dəfə qadın prezident seçildi

Beynəlxalq Olimpiya Komitəsinə ilk dəfə qadın prezident seçildi

Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti seçilib. O, təşkilatın tarixində 10-cu prezident olacaq. Kirsti Koventri hazırda Zimbabvenin idman naziri vəzifəsində çalışır. Viral.az xəbər verir ki, 41 yaşlı Koventri BOK-a rəhbərlik edəcək ilk qadın prezidentdir. O, həm də BOK-un rəhbərliyinə gələn ilk ilk afrikalıdır. Koventri rəsmi olaraq iyunun 23-də vəzifəsinin icrasına başlayacaq….

Ətraflı
Hikmət Hacıyevdən Novruz paylaşımı

Hikmət Hacıyevdən Novruz paylaşımı

Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir. Viral.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb. O vurğulayıb ki, BMT Baş Assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. “Novruz yaz gününün bərabərləşdiyi gündür,…

Ətraflı
Serbiyanın Baş naziri Rusiyadan kömək İSTƏDİ

Serbiyanın Baş naziri Rusiyadan kömək İSTƏDİ

Serbiyanın Baş naziri vəzifəsini icra edən Miloş Vuçeviç Rusiyanın Baş naziri Mixail Mişustinə rəsmi məktub göndərərək ondan 15 mart mitinqin şəraitinin araşdırılmasına rusiyalı mütəxəssisləri cəlb etməyi xahiş edib. Viral.az xəbər verir ki, Vuçiç bu barədə “X” sosial şəbəkəsində paylaşıb edib. O, müraciətin Serbiya Prezidenti Aleksandr Vuçiçlə razılaşdırıldığını vurğulayıb. Vuçeviç Rusiyadan strateji tərəfdaş kimi hüquq-mühafizə orqanlarının…

Ətraflı