-->
Daha çox ölkə “İbrahim razılaşmaları”na qoşulacaq

Daha çox ölkə “İbrahim razılaşmaları”na qoşulacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, administrasiyasının birinci dövründə İsrail və bəzi Körfəz ölkələri arasında danışıqlar apardığı “İbrahim razılaşmaları”na daha çox ölkə qoşulacaq. Viral.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasında jurnalistlərə açıqlamasında bildirib. ABŞ lideri daha çox ölkənin razılaşmalara qoşulmaq istədiyini vurğulayıb.

Ətraflı
Lavrov Mirzoyanla sülh müqaviləsini müzakirə etdi

Lavrov Mirzoyanla sülh müqaviləsini müzakirə etdi

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Viral.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb. Bildirilib ki, nazirlər söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlərə dair müzakirələr aparıblar. Məlumata görə, İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasında əldə olunan irəliləyiş qeyd olunub.

Ətraflı
Husilərin yüksək rütbəli məmuru ÖLDÜRÜLDÜ

Husilərin yüksək rütbəli məmuru ÖLDÜRÜLDÜ

ABŞ-nin gecə Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində husilərin yüksəkrütbəli məmuru həlak olub. Viral.az xəbər verir ki, bununla bağlı “The Times of Israel” məlumat yayıb. Məlumatda məmurun adı və ya vəzifəsi göstərilmir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etmişdi.

Ətraflı
Ər-Riyad görüşü qapalı OLACAQ

Ər-Riyad görüşü qapalı OLACAQ

Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq. Viral.az xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqların aparılacağı “The Ritz-Carlton” hotelinin binasını tərk etməyi xahiş ediblər. Qeyd edək ki, Rusiya və ABŞ nümayəndələri Ukraynadakı münaqişənin həlli üçün danışıqlara başlayıblar. Rusiya nümayəndə…

Ətraflı
Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Misirin nüfuzlu “əl-Vafd” qəzetində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub. Viral.az xəbər verir ki, tədqiqatçı-alim cəmiyyətin fəaliyyətindən, Azərbaycan ilə Misir arasındakı tarixi və mədəni əlaqələrdən söhbət açıb. Qeyd edilib ki, iki ölkə prezidentinin qarşılıqlı səfərləri siyasi və ticarət əlaqələrinin daha da inkişafına töhfə verib. S.Nəsirov…

Ətraflı
Ölkədə yağıntılı hava şəraiti davam edir

Ölkədə yağıntılı hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Xidmətdən Viral.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir. Dağlıq ərazilərə isə qar…

Ətraflı
UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları KEÇİRİLDİ

UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları KEÇİRİLDİ

Bu gün UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirilir. Viral.az xəbər verir ki, günün ilk matçında Gürcüstan millisi Ermənistanı qəbul edib. Görüşə yaxşı başlayan ev sahibləri ilk 35 dəqiqədə rəqib qapısına 5 top vurublar. Oyun gürcülərin 6:1 hesablı qələbəsi ilə başa çatıb. A Liqasına yüksəlmək uğrunda mübarizədə isə Türkiyə səfərdə Macarıstanla…

Ətraflı
İqor Tudor “Yuventus”un baş məşqçisi təyin OLUNDU

İqor Tudor “Yuventus”un baş məşqçisi təyin OLUNDU

İtaliya A Seriyası təmsilçilərindən “Yuventus” baş məşqçi Tiaqo Motta ilə yollarını ayırıb. Viral.az xəbər verir ki, baş məşçinin əvəzinə təcrübəli mütəxəssis İqor Tudor gətirilib. Bu barədə “qoca sinyora”nın mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı mütəxəssis ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Xatırladaq ki, İqor Tudor daha əvvəl 2020/21 mövsümü ərzində “Yuventus”da köməkçi məşqçi vəzifəsində çalışmışdı.

Ətraflı
Gürcüstan millisi Ermənistan yığmasını 6:1 darmadağın ETDİ

Gürcüstan millisi Ermənistan yığmasını 6:1 darmadağın ETDİ

UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir. Viral.az xəbər verir ki, günün ilk matçında Gürcüstan millisi Ermənistanı qəbul edib. Görüşə yaxşı başlayan ev sahibləri ilk 35 dəqiqədə rəqib qapısına 5 top vurublar. Oyun gürcülərin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, ilk oyunda da Gürcüstan millisi Ermənustan yığmasını İrəvanda 3:0 məğlub etmişdi.

Ətraflı
Gəncədə avtobusların bərbad vəziyyəti - VİDEO

Gəncədə avtobusların bərbad vəziyyəti – VİDEO

Gəncədə avtobusların vəziyyəti sakinləri narahat edir. Viral.az xəbər verir ki, paytaxtda ictimai nəqliyyat parkının yenilənməsi sürətlə aparılır. Daha müasir avtobuslar sərnişinlərin istifadəsinə verilir. Amma ikinci böyük şəhərimiz Gəncədə bu sahədə vəziyyət ürəkaçan deyil. Gəncə sakinləri ictimai nəqliyyat vasitələrinin yararsız olmasından şikayətlənirlər. Sakinlər saat 20:00-dan sonra avtobus tapmadıqlarını da deyirlər. Daha ətraflı ATV-nin süjetində:  

Ətraflı
Zərdabda 4 otaqlı ev YANDI

Zərdabda 4 otaqlı ev YANDI

Zərdab rayonunun Gödəkqobu kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı
Gürcüstan və Ermənistan baş nazirləri GÖRÜŞDÜ

Gürcüstan və Ermənistan baş nazirləri GÖRÜŞDÜ

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb. Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin ofisi məlumat yayıb. Görüş zamanı baş nazirlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın vacibliyini, regionda sülhün və sabitliyin təmin edilməsində birgə səylərin rolunu vurğulayıblar. Liderlər UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstan və Ermənistan milli…

Ətraflı
Daha üç vəzifəli şəxs həbs OLUNDU

Daha üç vəzifəli şəxs həbs OLUNDU

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində məhkəmə daha üç vəzifəli şəxsin həbsi barədə qərar verib. Viral.az  “Haber Global”a istinadən xəbər verir ki, onlar Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun direktoru Mehmet Əli Çalışkan və İstanbul Böyükşəhər Bələdəiyyəsinin baş katibinin müavini Mahir Polatdır. Adı…

Ətraflı
Şagird yoldaşını yaraladı, sinif rəhbəri hadisəni gizlətdi - Səs yazısı

Şagird yoldaşını yaraladı, sinif rəhbəri hadisəni gizlətdi – Səs yazısı

İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşanıb. Viral.az “Unikal”a istinadən xəbər verir ki, insident mart ayının 13-də baş verib. Belə ki, sözügedən tarixdə məktəbin 8A sinif şagirdi Nihad Qədirov sinif yoldaşı Adəm Məlikovun üzərinə stul atıb. Stulun dəmir hissəsi Adəmin əlini yaralayıb. Həmin şagirdlərin oxuduğu sinfin rəhbəri, eyni…

Ətraflı
23 mart Ümumdünya Meteorologiya GÜNÜDÜR

23 mart Ümumdünya Meteorologiya GÜNÜDÜR

“Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir. Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi artıq ənənəyə çevrilib. Bu ilin devizi isə “Erkən xəbərdarlıq boşluğunu birlikdə aradan qaldırmaq”dır”. Viral.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O…

Ətraflı
Əkrəm İmamoğlu həbs EDİLDİ

Əkrəm İmamoğlu həbs edildi – YENİLƏNİB

Əkrəm İmamoğlu terrorla bağlı istintaq üzrə şərti olaraq sərbəst buraxılıb. Viral.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədrinin korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilməsi qüvvədə qalır. Sadəcə, ikinci ittiham üzrə şərti sərbəst buraxılıb. 11:41 *** İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilib. Viral.az…

Ətraflı
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 23 nəfər həlak OLDU

İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 23 nəfər həlak OLDU

İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 23-ə çatıb. Viral.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Əsas məqamlar: Hücum bölgələri: Hava zərbələri əsasən Xan Yunis və Rafah şəhərlərinin şimalına endirilib. Təcili yardım maşınına hücum: “Al Jazeera” telekanalının məlumatına görə, İsrail ordusu Rafah şəhəri yaxınlığında təcili yardım maşınına hücum edib. Artilleriya…

Ətraflı
Berlində sağçı radikalların aksiyası zamanı azı 50 nəfər saxlanıldı

Berlində sağçı radikalların aksiyası zamanı azı 50 nəfər saxlanıldı

Almaniyanın paytaxtı Berlində radikal sağçıların aksiyası zamanı azı 50 nəfər saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə “Bild” nəşri paytaxt polisinin nümayəndəsinə istinadən məlumat yayıb. Aksiya “Asayiş naminə. Solçu ekstremizmə və siyasi motivli zorakılığa qarşı” devizi altında keçirilib. Asayişi 1500-ə yaxın polis əməkdaşı qoruyub.

Ətraflı
Gəncədə zəncirvari qəza - yaralılar var

Gəncədə zəncirvari qəza – yaralılar var

Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub. Viral.az xəbər verir ki, Nizami Gəncəvi prospektində 3 avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər isə yüngül xəsarətlər alıb. R.Aslanov, Ə.Əliyev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Ətraflı