Bu həftə mili parklarda gözlənilən hava şəraiti AÇIQLANDI

Ekologiya 19 Avqust , 2024 14:16 Avqustun 19-dan 26-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, Göygöl milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 20-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq. Şahdağ milli parkında havanın əsasən yağmursuz keçəcəyi,…

Ətraflı

Birgə fəaliyyətimizin istiqamətləri çoxdur – Putin

Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur. Viral.az xəbər verir ki, bu sözləri Rusiya Lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib. Rusiya dövlətinin başçısı qeyd edib: “İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi – red.) yaxşı…

Ətraflı

Bir çox başqa böyük şəhərlər Bakıya həsəd apara bilər

“Bakıda olmaqdan, bu şəhərə yenidən heyran olmaqdan çox şadam”. Viral.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibli görüşdə bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı şəhərinin inkişafına göstərdiyi böyük diqqət barədə çox eşidib: “Biz Bakını sevirik. Bakı gözəl…

Ətraflı

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir

Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir. Viral.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə bildirib. Rusiyanın dövlət başçısı vurğulayıb: “Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və Sizin bu ilin aprelində Moskvaya…

Ətraflı

Əminəm ki, Prezident Vladimir Putinin səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq. Viral.az xəbər verir ki, Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə məhdud tərkibdə keçirilən görüşdə deyib: “Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün xoş olacaq”.

Ətraflı

Hərbçilərin pensiyaları niyə gecikir? – AÇIQLAMA

Azərbaycanda hərbçilərin hələ də avqust ayının pensiyasını ala bilməmələri ilə bağlı şikayətlər var. Viral.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. İddia olunur ki, hər ayın 15-i hərbçilərə pensiya ödənişi olunsa da, bu ay yubanma olub. Avqustun 16-sı Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlarda xidmət etmiş hərbçilərinin pensiyaları verilsə də, digər hərbçilər hələ də…

Ətraflı

Netanyahu Blinkenlə görüşdü

İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Entoni Blinken bu ölkənin baş naziri ilə görüşüb. Viral.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb. Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki Ofisində ABŞ dövlət katibi Antoni Blinkenlə təkbətək görüş keçirir.

Ətraflı

Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur

Biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. Viral.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə avqustun 19-da məhdud tərkibdə keçirilən görüşdə söyləyib. Dövlət başçısı bildirib: “Qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə…

Ətraflı

Putinin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub Viral.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib. Rusiya Federasiyasının və Azərbaycan…

Ətraflı

Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır

Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada hər iki tərəf üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır. Viral.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevlə danışıqların nəticələrini Azərbaycana səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edəcək. Putin bildirib…

Ətraflı

Bu il 127 mindən çox uşaq I sinfə qəbul EDİLDİ

Mayın 1-dən bu günə qədər ümumilikdə 127 mindən çox uşaq I sinfə qəbul edilib. Bu barədə Viral.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir. Agentlik valideynlərə müraciət edərək bildirib ki, tədris ili…

Ətraflı

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi keçirilir. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu təlimə qatılmaq üçün Qazaxıstana gedib. “Altın Kıran – 2024”…

Ətraflı

Villası yanan həkim: “35 illik zəhmətim yandı”

Avqust ayının 18-də Masallı rayonunda 2 mərtəbəli ev yanıb. Viral.az qaynarinfo-ya istinadən xəbər verir ki, yanan ev rayonun məşhur həkimi Vaqif Qurbanova məxsus olub. Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi, Baş terapevti, Tibb üzrə fəlsəfə doktoru (kardioloğiya), ABŞ Med Scape-in üzvü Qurbanov Vaqif Oruc oğlu saytımıza açıqlamasında sözügedən evi 35 ilə tikdiyi deyib: “35 illik zəhmətim…

Ətraflı

Rusiya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Viral.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Ətraflı

İtkin düşən vətəndaşlarımızın yeni sayı AÇIQLANDI

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb. Viral.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadla xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3967 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3959 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin…

Ətraflı

“Qarabağ” “Dinamo” ilə oyun öncəsi son məşqinə çıxır

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununu səfərdə Zaqreb “Dinamo”suna qarşı keçirəcək “Qarabağ”ın son məşqinin vaxtı bəlli olub. Viral.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün son məşqinə çıxacaq. Baş məşqçi Qurban Qurbanovu yetirmələrini Bakı vaxtı ilə saat 22:15-də qarşılaşmanın keçiriləcəyi “Maksimir” stadionunda məşqə çıxaracaq. Bundan yarım saat əvvəl – saat…

Ətraflı

Prezidentlər Azərbaycan-Ermənistan məsələsini müzakirə EDƏCƏKLƏR

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan-Ermənistan nizamlanması məsələsini də müzakirə edəcəklər. Viral.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, görüşdə əsas diqqət təkcə Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinə deyil, həm də regional və beynəlxalq siyasətin aktual problemlərinə, xüsusən də Azərbaycan-Ermənistan nizamlanması mövzusu olacaq. Qeyd edək ki, Rusiya Federasiyasının…

Ətraflı

İƏT donorlar konfransı keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) oktyabrın 26-da Sahel və Çad gölü bölgələrində qaçqın və köçkünlərə kömək məqsədilə resursların səfərbər edilməsi üçün donorlar konfransı keçirəcək. Viral.az xəbər verir ki, bu barədə qurumun Baş katibliyinin 19 avqust – Ümumdünya Humanitar Günü ilə bağlı yaydığı bəyanatda bildirilib. Baş katiblik regional humanitar problemlərin həllinə dəstək məqsədilə hər kəsi bu kollektiv…

Ətraflı

İranda güclü zəlzələ baş VERDİ

Bu gün İranın Dezful şəhərinin Salənd bölgəsində Rixter şkalası üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Viral.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Yerli vaxtla saat 02:27-də meydana gələn zəlzələ 14 kilometr dərinlikdə qeydə alınıb. Dağıntılar və tələfat barədə məlumat yoxdur.

Ətraflı