BDU-nun dosenti vəfat etdi 

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.   Viral.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib.   N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə “Ümumi qeyri-lokal sərhəd…

Ətraflı

Erməni kilsəsi Türkiyə və Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır

Nikol Paşinyan hakimiyyətini tənqid edən erməni kilsəsi Ermənistanın bu gün düşdüyü ağır vəziyyətdən çıxması üçün heç bir yeni ideya irəli sürə bilmir. Kilsə erməni xalqının maraqlarını dəstəkləmək əvəzinə, qonşu dövlətlərlə ikitərəfli münasibətlərdə daha böyük problemlərə zəmin yaradır.   Viral.az xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Mehmet Oğuzhan Tulun səsləndirib.   Ekspert…

Ətraflı

Somalidə 12 hərbçi öldürüldü 

Somalidə terrorçuların hökumət qüvvələrinə məxsus avtomobili partlatması nəticəsində azı 12 nəfər ölüb.   Viral.az bu barədə Garowe nəşrinə istinadən xəbər verir.   “Somalinin cənubunda, yol kənarında hökumət qüvvələrinin pikapını hədəf alan partlayış nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb”, – deyə məlumatda bildirilir.   Qeyd olunur ki, hücuma görə məsuliyyəti “Əl-Şəbab” qruplaşması üzərinə götürüb.

Ətraflı

“Liverpul” yeni mövsümə qələbə ilə başladı

İngiltərə Premyer Liqasında I turun növbəti oyunu keçirilib.   Viral.az xəbər verir ki, “Liverpul” səfərdə “İpsviç Taun”la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Liverpul”un heyətində qolları Dioqo Jota və Məhəmməd Salah vurublar.   Qeyd edək ki, ötən gün mövsümün açılış oyununda “Mançester Yunayted” “Fulhem”ə 1:0 hesabı ilə qalib gəlib.

Ətraflı

Azad edilən ərazilərdə silah-sursat tapıldı

İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub. Bu barədə Viral.az–a Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 2 tapança, 8 tüfəng, 29 qumbara, 24 alışdırıcı, 2 mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3480 ədəd müxtəlif çaplı patron və digər…

Ətraflı

Ölkədə sement istehsalı 13% artıb

Tikinti materiallarının istehsalı sahəsində bu ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 779,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,2 faiz artıb. Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 2,3 dəfə, asfalt istehsalı 56,2 faiz, beton istehsalı 31,9 faiz, betondan yığma…

Ətraflı

Şəmkirdə kişini elektrik vuraraq öldürdü

Şəmkir sakinini evində ehtiyyatsızlıqdan elektrik cəryanı vuraraq öldürüb. Viral.az xəbər verir ki, hadisə Keçili kəndində qeydə alınıb. Kənd sakini 53 yaşlı D.Məmmədov yaşadığı evdə ehtiyyatsızlıqdan elektrik naqilinə toxunub. Bu zamanı onu cərəyan vurub. 53 yaşlı kişi xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. (apa)

Ətraflı

Hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ VERİLDİ

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni Fərman imzalayıb. Belə ki, “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmana 3-1-ci hissə əlavə edilib. Sənədə əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycanın ərazisində satın alınması yalnız Müdafiə Nazirliyi…

Ətraflı

Prezident Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqləyib. Viral.az xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyev bundan əlavə, aşağıdakı sənədlərin təsdiqlənməsi barədə də Fərman imzalayıb: – “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral…

Ətraflı

“Qarabağa”a görə onu oyuna buraxmadıq” – “Dinamo”nun baş məşqçisi

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Marko Pyatsanın yerli çempionatda “Şibenik”ə qarşı 3-cü tur matçını buraxmasının səbəbi müəyyənləşib. Viral.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib. Mütəxəssis 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib: “Dabanından xəsarət aldı. Ağrıları var idi. “Qarabağ”la qarşılaşmaya hazır olması üçün…

Ətraflı

İsrailə 55 raket atılıb

Livan ərazisindən İsrailə 55 raketin atıdlığı qeydə alınıb. Viral.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Livandan İsrail ərazisinə doğru uçan 55-ə yaxın mərmi qeydə alınıb. Bəziləri açıq ərazilərə düşüb, ölkənin şimalında çoxsaylı yanğınlara səbəb olub. Hazırda yanğınsöndürmə və xilasetmə xidmətləri hadisə yerində işləyirlər”, – məlumatda bildirib.

Ətraflı

Qaradağ ərazisində ağır qəza baş verdi, ÖLƏN VAR

Bu gün, saat 13:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində Ordubad rayon sakini Nəcəfli Damət Elşad oğlunun idarə etdiyi “Renault” markalı, 77-CV-128 dövlət qeydiyyat nişanlı avtomobil, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1960-cı il təvəllüdlü Əsgərova Tahirə Mirzə qızını vurub. Piyada hadisə yerində həyatını itirib. Daxili İşlər Nazirliyindən Viral.az-a…

Ətraflı

İran Rusiya qazını öz ərazisi ilə nəql etməyə maraqlıdır

İran Rusiya Federasiyası ilə işləməkdə və Rusiya qazını öz ərazisi ilə nəql etməkdə maraqlıdır. Viral.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali deyib. “Biz Rusiya Federasiyası ilə işləməkdə çox maraqlıyıq, Rusiya qazını İran ərazisi ilə nəql etməyə hazırıq”, – səfir qeyd edib.

Ətraflı

Tələbələr bu tarixdə Xankəndiyə APARILACAQ

“15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”.  Viral.az xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. Ş.Bayramov qeyd edib ki, bütün universitet heyəti tələbələrimizə bu prosesin daha rahat keçməsi üçün lazımi dəstəyi göstərəcək.

Ətraflı

Türkiyənin Azərbaycandakı səfirliyinin üç əməkdaşının vəzifə müddəti başa ÇATDI

Türkiyənin Azərbaycandakı səfirliyinin üç diplomatının vəzifə müddəti başa çatıb. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, A. Gencehan Babiş, Solmaz Abılyondlu ve Nigar Oruçlu Saygının vəzifə müddətləri başa çatıb. Bu münasibətlə səfir Cahit Bağçı onları qəbul edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Ətraflı

Putin Pezeşkiana dəvət göndərdi

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana BRİKS sammitində iştirak etmək üçün rəsmi dəvət göndərib. Viral.az xəbər verir ki, bu sözləri İranın Moskvadakı səfiri Kazım Cəlali deyib. Səfir bildirib ki, BRİKS sammiti çərçivəsində İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi imzalanması ehtimalı var. Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazan şəhərində keçiriləcək.

Ətraflı

Dəniz suyunun temperaturu neçə dərəcə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, avqustun 18-də Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 25-26° isti olacaq. Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Ətraflı

“İran Rusiya qazının tranzitində maraqlıdır”

İran Rusiya qazının tranzitində maraqlıdır. Viral.az xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib. “Bilirsiniz ki, artıq Rusiyanın investisiya yatırdığı və işlədiyi beş yataq var. Təbii qazla bağlı deyə bilərəm ki, İranın cənubunda iki yataq var və biz Rusiya Federasiyası ilə işləməkdə maraqlıyıq”, – o Həştərxanda jurnalistlərə bildirib. K.Cəlalinin sözlərinə görə,…

Ətraflı