Evə basqın edib, qadını YARALADILAR

Bakıda evə basqın edilib. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 16-da gecə saat iki radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan iki qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri…

Ətraflı

“Ukraynaya hərbi yardım məhdudlaşdırılmalıdır”

“Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırmalıdır, çünki cari büdcə planına əsasən, hazırda bu məqsədlər üçün yeni maliyyə vəsaitləri yoxdur”. Viral.az xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindnerin müdafiə naziri Boris Pistorius və XİN rəhbəri Annalena Berboka ünvanladığı məktuba istinadən “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yayıb.  Qəzet yazır ki, buna səbəb Federal Kansler Qurumu və…

Ətraflı

PSJ komandasına futbolçu transfer ETDİ

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib. Viral.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Renn”dən Dezire Due transfer olunub. Hazırkı ölkə çempionu 19 yaşlı yarımmüdafiəçi ilə beşillik müqavilə imzalayıb. Qeyd edək ki, fransalı oyunçu ötən mövsüm Liqa 1-də 31 matça çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda…

Ətraflı

Söndürülməmiş siqaret kötüyü faciəyə səbəb OLDU

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib. Viral.az xəbər verir ki, rayon sakini Yakolyev Yuriy Fyodoroviç evdə tüstüdən boğularaq vəfat edib. Belə ki, o, evdə tək olarkən söndürülməmiş siqaret kötüyü otağın kiçik hissəsində tüstülənməyə səbəb olub. Nəticədə Y.Yakolyev tüstüdən boğularaq ölüb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı

Meksika COP29-da iştirak EDƏCƏK

Meksika iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək. Viral.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan haqları üzrə müavini Hoel Ernandes “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, o, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla görüşüb:…

Ətraflı

Bakıda əl qumbarası ZƏRƏRSİZLƏŞDİRİLDİ

Bakıda əl qumbarası zərərsizləşdirilib. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin mətbuat xidmətlərindən birgə məlumat daxil olub. Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Rizayev Nurlan Əlirza oğluna məxsus 1 ədəd “M-75” markalı əl qumbarası, 1 ədəd partladıcı, 18 ədəd 7,62 mm avtomat…

Ətraflı

Hələ də su verilməyən ərazilərlə bağlı AÇIQLAMA

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir. Viral.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir. Artıq 80 faiz ərazi içməli su ilə…

Ətraflı

Prezident hərbçiləri təltif etdi – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Viral.az-ın xəbərinə görə, Sərəncamla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə DSX-nin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 3-cü dərəcəli “Rəşadət” ordeni ilə Abdullayev Cavid Mirhəmzə…

Ətraflı

“Qarabağ” yeni transferini ÇL-in pley-offunda OYNADACAQ

“Qarabağ” yeni qapıçısı Mateuş Koxalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib. Viral.az xəbər verir ki, 24 yaşlı qolkiper Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək. Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

Ətraflı

İlham Əliyev şəhid hərbçiləri təltif ETDİ

Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib. Viral.az xəbər verir ki, dövlət başçısı Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və…

Ətraflı

Prezident 3 polkovnikə “general-mayor” ali hərbi rütbəsi VERDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: polkovnik Bəhmən Rza oğlu Babayevə polkovnik Əyyub Vəli oğlu Məmmədova polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.

Ətraflı

Prezident indoneziyalı həmkarını təbrik ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb. Viral.az məktubun mətnini təqdim edir: “İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz…

Ətraflı

Hava hücumundan müdafiə bölmələrinin təlimi KEÇİRİLDİ

Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Viral.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər. Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə…

Ətraflı

Liviyada fövqəladə vəziyyət elan EDİLDİ

Liviyanın şərqində baş verən sel fəlakəti səbəbi ilə ölkədə fövqəladə vəziyyət elan edilib. Viral.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə məlumat yayıb. “Həyatları xilas etmək, yardım çatdırmaq və daşqından zərər çəkənlərə dəymiş ziyanı ödəmək üçün bələdiyyələrlə birgə işləyirik”, – baş nazir bildirib.

Ətraflı

DYP hərəkət iştirakçılarına müraciət ETDİ

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Viral.az-a verilən xəbərə görə, məlumatda qeyd edilib. “Müşahidələr göstərir ki, həftənin şənbə və bazar günləri əhalinin bölgələrə, bağ massivlərinə, istirahət və əyləncə məkanlarına üz tutması avtomobil yollarında hərəkət intensivliyini əhəmiyyətli dərəcədə artırır. Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri…

Ətraflı

Vardanyanın otağından Naxçıvan atlası TAPILDI

Ruben Vardanyanın Xankəndindəki iş otağından tapılmış “Naxçıvan atlası” bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik. Viral.az xəbər verir ki, bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib. O bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib, atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub: “Atlasda iddia olunub ki,…

Ətraflı

Ata və oğulu bıçaqlayan şəxs SAXLANILDI

Xaçmazda qətl törədən şəxs tutulub. Xaçmaz rayon Prokurorluğundan Viral.az-a verilən xəbərə görə, avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. “Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan…

Ətraflı

İndoneziyanın Bakıdakı səfirliyində Müstəqillik Günü qeyd OLUNDU

İndoneziyanın Azərbaycandakı səfirliyində bu ölkənin müstəqilliyinin 79-cu ildönümü münasibətilə bayraq qaldırma mərasimi keçirilib. Viral.az xəbər verir ki, tədbirdə əsas diqqət ölkə boyu davamlı inkişafın və bərabərliyin təşviqinə yönəlib. Tədbirdə İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Merita Yenni, səfirliyin əməkdaşları, İndoneziyanın ölkəmizdəki vətəndaşları və başqaları iştirak ediblər. İndoneziyalı tələbələrin ifasında bayraq qaldırma mərasimindən sonra iştirakçılar bu ölkənin himnini…

Ətraflı

İki avtomobil toqquşdu, YARALILAR VAR

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Viral.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü N.Əsədova, 1978-ci il təvəllüdlü İsrail Əliyev və 1987-ci il təvəllüdlü Z.Qasımov müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Qəzza üzrə danışıqlar tezliklə davam etdiriləcək

Atəşkəs və Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar davam etdiriləcək. Viral.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib. “Komandalarımız yaxın günlərdə texniki işləri davam etdirmək üçün yerində qalacaqlar və yüksək səviyyəli vəzifəli şəxslər həftənin sonuna qədər Qahirədə yenidən toplanacaqlar”, – deyə ABŞ prezidenti qeyd edib. O bildirib ki, Dohada danışıqlar…

Ətraflı