MİQ üzrə müsahibədə iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən şəxsiyyəti təsdiq edən sənədi, habelə ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni mütləq gətirmək lazımdır. Bu barədə Viral.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər şəxsi səhifəsində qeyd olunan…

Ətraflı

Seçkilərdə namizədliyini irəli sürmüş bəzi şəxslərin şikayəti araşdırılır

Seçkilərdə namizədliyini irəli sürmüş bəzi şəxslərdən daxil olan şikayətlər üzrə araşdırmalar aparılır. Viral.az xəbər verir ki, bunu “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının (SMK) həmtəsisçisi Səadət Bənənyarlı deyib. S.Bənənyarlı bildirib ki, təmsil etdiyi koalisiyaya daxil olan müraciətlərin əksəriyyəti sənəd çatışmazlığı ilə bağlıdır: “Hətta bəzi namizədlər bununla əlaqədar məhkəməyə müraciət etməyi planlaşdırır. Biz müvafiq müraciətlər üzrə araşdırmalar apardıqdan…

Ətraflı

Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə rəsmi ÇAĞIRIŞ: Ehtiyatlı olun!

Son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti respublikanın şimal bölgəsində, o cümlədən Lahıc-Dəmirçi-Şamaxı yolunda və digər avtomobil yol infrastrukturunda müəyyən fəsadlara səbəb olub. Viral.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, növbəti günlərdə də Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti gözlənilir. Onun sözlərinə…

Ətraflı

Baş prokuror vətəndaşları dinlədi, tapşırıqlar verdi

Baş prokuror Kamran Əliyev avqustun 13-də Yasamal rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə Viral.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 49 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə…

Ətraflı

Polad Bülbüloğlunu Elmar Məmmədyarov əvəz edəcək?

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin olunacağı ilə bağlı məlumat yayılıb. Viral.az xəbər verir ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdən sonra E.Məmmədyarovun səfir kimi Moskvaya göndəriləcəyi iddia edilib. Lakin Elmar Məmmədyarov “musavat”a açıqlamasında xəbəri təkzib edib: “Polad Bülbüloğlunu artıq seçmisiz? (Gülür). Nəyə əsaslanaraq bu barədə xəbərin yazılması haqda məlumatım yoxdur….

Ətraflı

Qırmızı ət diabet riskini artırır

Amerikalı həkimlər sübut etdilər ki, çoxlu miqdarda heyvan mənşəli dəmir birləşmələri yemək 2-ci tip diabetin inkişaf riskinin 26% artmasına gətirib çıxarır ki, bu da onların bitki analoqlarını istehlak edərkən baş vermir. Viral.az xəbər verir ki, bu barədə Harvard Universiteti Tibb Məktəbinin mətbuat xidməti məlumat yayıb. “Tədqiqatımız diabetin inkişaf riskini azaltmaq üçün düzgün sağlam pəhriz seçməyin…

Ətraflı

Müdafiə Nazirliyindəki yeyintiyə görə daha bir zabit HƏBS EDİLDİ

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib Viral.az “qafqazinfo”ya istinadla xəbər verir ki, MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum…

Ətraflı

Sinoptiklərdən yeni XƏBƏRDARLIQ – Bu rayonlarda 3 gün leysan olacaq, dolu düşəcək –

Avqustun 14-ü gündüz əsasən dağlıq ərazilərdə, 15-dən 16-sı axşamadək isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 15-də axşamdan…

Ətraflı

MOK da Olimpiya medalçılarını mükafatlandırdı

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, Sərəncamda deyilir: “1. XXXIII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların…

Ətraflı

Kölndə 7 min insan bomba səbəbilə evlərini tərk edəcək

İkinci Dünya müharibəsindən qalma partlamamış mərmi tapıldığı üçün Kölndə təxminən 7 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Viral.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır. Nəşrin məlumatına görə, Porz-Vestxoven bölgəsində tikinti işləri zamanı qoruyucu ilə birlikdə Amerika istehsalı olan 20 tonluq bomba aşkar edilib. 1 km radiusda olan bütün sakinlərə evlərini tərk etmələri tövsiyə…

Ətraflı

Putin Mahmud Abbasla danışıqlara başladı

Rusiya Prezidenti Vladimir Putin Novo-Oqarevodakı iqamətgahında Fələstin lideri Mahmud Abbasla danışıqlara başlayıb. Viral.az bu barədə TASS-a istinadla xəbər verir. Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, həmçinin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzza zolağında görünməmiş humanitar fəlakət fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Münaqişə mövzusunun əsas müzakirə mövzusuna çevriləcəyi gözlənilir. Görüş təkcə İsrailin Qəzza…

Ətraflı

Məzahir Pənahov MDB-nin nümayəndə heyəti ilə görüşdü

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 13-də Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Viral.az-a MSK-dan məlumat verilib. Bildirilib ki, müşahidə missiyasının üzvlərini salamlayan sədr M.Pənahov, Milli Məclisə seçkilər ərəfəsində keçirilən görüşdən məmnunluğunu bildirib….

Ətraflı

Uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqləndi

Azərbaycanda uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqlənib. Viral.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Uşaqların immunizasiyası üzrə yeni təlimat Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanıb. Təlimat ölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətli şəkildə genişləndirilməsinə təkan verəcək. Təlimatda vaksinasiyaya əks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd…

Ətraflı

Prezident Azərbaycan Milli Olimpiya komandasının üzvlərini təltif etdi

XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri təltif olunub. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıda adıçəkilən şəxslər təltif edilib: “Şöhrət” ordeni ilə Heydərov Hidayət Minayət oğlu Kotsoiev Zelim Oleqoviç Məmmədov Elxan Əbülfəz oğlu Trautmann Riçard…

Ətraflı

Qadağan edilməmiş saatda avtobus zolağına girən sürücü cərimələndi

Bakıda qayda pozmadığı halda cərimələndiyini iddia edən sürücü sosial şəbəkədə paylaşım edib.  Viral.az xəbər verir ki, cərimə paytaxtın Ziya Bünyadov prospektindəki kamera vasitəsilə tərtib edilib. Belə ki, 77-GB-023 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü avqustun 12-də, saat 12:49 radələrində avtobus zolağının qüvvədə olmadığı saatlarda hərəkət edən zaman 2 bal 100 manat cərimə yazılıb. Sürücü iddia…

Ətraflı

Bakıda qadınları qorxu içində saxlayan manyak HƏBS EDİLDİ

Bu günlərdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində seksual manyakın olması ilə bağlı sakinlər arasında məlumat yayılıb. Viral.az “qafqazinfo”ya istinadla xəbər verir ki, ərazi üzrə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə müraciət edən qadınlar tanımadıqları şəxsin onları izlədiyini, ictimai yerdə qeyri-adekvat hərəkətlər etdiyini bildirib. Həyata keçirilən tədbirlərlə əməli törədən Maştağa qəsəbəsinin Ləhic bağları yaşayış massivinin sakini…

Ətraflı

Polşa F-16-ları Rusiyanın İl-20 təyyarəsini ələ keçirdi

Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları avqustun 12-də Baltik dənizi üzərində uçan Rusiyanın İl-20 təyyarəsini ələ keçirib. Viral.az xəbər verir ki, bu barədə respublika silahlı qüvvələrinin operativ komandanlığı məlumat yayıb. “2024-cü il avqustun 12-də növbətçi Polşa F-16 qırıcıları Polşa ərazi sularını pozmadan Baltik dənizi üzərində uçan Rusiyanın İl-20 təyyarəsini tutdu və vizual olaraq müəyyən…

Ətraflı

İsrail öz ağır bombalarının istehsalına başlayacaq

İsrail təchizat gecikmələri ilə bağlı problemləri aradan qaldırmaq və kritik sursat növləri üzərində müstəqilliyi təmin etmək üçün öz hava qüvvələri üçün öz ağır bombalarını hazırlayıb istehsal edəcək. Viral.az xəbər verir ki, bu barədə İsrailin “Hayom“ qəzeti məlumat yayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri üçün ağır bombaların, o cümlədən 907 kq ağırlığında Amerika aviasiya bombalarına bənzər, Ağ…

Ətraflı

Putin Kursk istiqamətindəki döyüşlərə koordinator təyin etdi

Rusiya prezidentinin köməkçisi, Rusiya Dövlət Şurasının katibi, general-polkovnik Aleksey Dyumin Kursk istiqamətində Ukrayna qüvvələri ilə döyüşən “Şimal” qruplaşmasının koordinatoru təyin edilib. Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar verib. Bildirilib ki, A. Dyumin artıq Kurska ezam olunaraq, vəzifəsinin icrasına başlayıb. Bununla yanaşı, Kremlə yaxın mənbələr general-polkovnikin regiondakı hərbi birləşmələrə…

Ətraflı

Bakıya və bölgələrə yağış yağacaq, şimşək çaxacaq

Avqustun 14-də Azərbaycanda havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 30-35° isti…

Ətraflı

Moldova Ukrayna üçün öz ərazisində F-16-ları yerləşdirib?

Moldova öz ərazisində Ukrayna üçün F-16 qırıcılarını yerləşdirməyə hazırlaşmır. Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Moldovanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili bu gün günortadan sonra “Moldovanın Ukrayna üçün F-16 təyyarələrini yerləşdirmək niyyəti haqqında” mətbuatda yayılan xəbərlərə görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Moldova Xarici İşlər…

Ətraflı