Naftalan sakinini polis axtarır

Naftalan şəhər sakini, 1990-cı il təvəllüdlü Rəşad Talıbov iyulun 29-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, itkin düşən şəxsin boyu 170 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qara köynək, göy cins şalvar və ağ idman ayaqqabısı olub. “Fotodakı…

Ətraflı

Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib. Viral.az xəbər verir ki, bu barədə Türkiyə səfiri “X” hesabında paylaşım edib. “Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz və əbədidir”, – o vurğulayıb.

Ətraflı

Məktəbli formalarının satış ünvanları açıqlandı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbli formalarının satış ünvanlarını açıqlayıb. Viral.az agentliyə istinadla xəbər verir ki, vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.

Ətraflı

Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir

Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır. Viral.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib. “Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa…

Ətraflı

 İran İsrailə tezliklə güclü və qəti cavab verəcək

İran İsrailə tezliklə güclü və qəti cavab verəcək. Viral.az xəbər verir ki, bunu İran ordusunun general-mayoru Seyid Əbdülrəhim Musəvi Jurnalistlər Günü münasibətilə keçirilən mərasimdə deyib. O bildirib ki, buna heç bir şübhə yoxdur. Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin…

Ətraflı

Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri AÇIQLANDI

Bu ay Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək minimum qiyməti Qətərin paytaxtı Doha istiqamətində qeydə alınıb. Viral.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Dohaya birbaşa uçmaq 352,8 avroya, tranzit yolla uçmaq isə 325,2 avroya başa gəlib. Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 35,7 % və 50 % azdır. 2-ci yerdə Polşanın paytaxtı Varşava qərarlaşıb. Bu şəhərə birbaşa və…

Ətraflı

İlham Əliyev bu deputatla bağlı sərəncam İMZALADI

Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. O, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə təltif edilib. Qeyd edək ki, R.Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan…

Ətraflı

Sənədsiz evlərlə bağlı YENİ XƏBƏR VAR: Yalnız bu hallarda sökülə bilər / RƏSMİ 

Ölkədə yüz minlərlə evin çıxarışı yoxdur. Bu təkcə paytaxt ərazisini deyil, rayonları da əhatə edir.  Müxtəlif vaxtlarda sənədsiz evlərin və obyektlərin söküntülərinin aparılması sənədi olmayan evlərin hansı hallarda sökülə biləcəyi sualını yenidən aktuallaşdırır.  Viral.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, Azərbaycanda daşınmaz əmlakın sökülməsinin bir neçə forması var. Bəzi ərazilər dövlət xətti ilə sökülür. Həmin…

Ətraflı

Qəzzada ölənlərin sayı ARTDI

İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində son sutkada 24 nəfər həlak olub, 110 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2023-cü ilin oktybarın 7-dən bu yana Qəzzada 39 677 nəfər həlak olub, daha 91 645 nəfər yaralanıb.

Ətraflı

Taekvondoçumuz qələbə qazandı: Paris-2024

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Viral.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub. Qeyd edək ki, Paris-2024…

Ətraflı

MSK “Müşahidəçilər üçün yaddaş” kitabçası HAZIRLANDI

Mərkəzi Seçki Komissiyası (MSK) “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. Viral.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-nın maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki iştirakçıları üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir. Genişmiqyaslı proqrama uyğun olaraq hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasının başlıca məqsədi Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri…

Ətraflı

Məhkəmə Ekspertizası Şurası YARADILDI

Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, Sərəncamla məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən…

Ətraflı

Ard-arda üç dəfə güclü zəlzələ OLDU

Aralıq dənizində ard-arda üç dəfə güclü zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, Krit adası sahillərində 5,2 ballıq zəlzələ qeydə alınıb. Bundan sonra Aralıq dənizi sahillərində 4,7 və 3, 9 bal gücündə daha iki zəlzələ olub. Zəlzələlərin dərinliyinin müvafiq olaraq 5,5, 5,2 və 4,5 kilometr olduğu bildirilib. Təbii…

Ətraflı

Güləşçimiz medal görüşündə Qırğızıstan təmsilçisi ilə QARŞILAŞACAQ

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib. Viral.az xəbər verir ki, bu, 77 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalardan sonra bəlli olub. Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Akjol Mahmudovla üz-üzə gələcək. Mahmudov təsəlliverici dueldə Jair Kueronu (Kolumbiya) üstələyib – 11:0. Medal görüşləri axşam seansına təsadüf edəcək. Qeyd edək…

Ətraflı

Hövsan bazarında nöqsanlar AŞKARLANDI

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 121 ünvanında fiziki şəxs Kazımov Mətləb Ağalar oğluna məxsus “Hövsan” bazarında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, həmçinin sanitar texniki-sanitar gigiyenik normalara riayət olunmasının yoxlanılması məqsədilə yoxlama aparıb. AQTA-dan Viral.az-a verilən məlumata görə, monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Bazarda ət…

Ətraflı

Müəllimlər üçün vahid forma OLACAQ?

“Müəllimlər üçün vahid forma tətbiq edilməsi müzakirə olunmur”. Viral.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. “Müəllimlər üçün hələki vahid forma tətbiq edilməsi nəzərdə tutulmayıb Müəllimlərin məktəblərdə normativlərə uyğun geyinməlidir. Müəllimlərin formaları ilə bağlı hələ ki məsələ müzakirə edilmir”, – o,…

Ətraflı

Daha iki qadın prokurora vəzifə VERİLDİ

Baş Prokurorluqda təyinatlar olub. Baş prokurorluğun mətbuat xidmətindən Viral.az–a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən, Şəlalə Rüstəmova və Səkinə Hüseyinova-Zeynalova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin ediliblər. Qeyd edək ki, onların hər ikisi 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, Ş.Rüstəmova bu təyinata qədər Nizami…

Ətraflı

İƏT-in təcili iclasına kim gedəcək?- XİN

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin bu gün – avqustun 7-i Ciddədə keçiriləcək təcili iclasına Azərbaycandan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qatılacaq. Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. Qeyd edək ki, İƏT-in təcili iclası ötən gün çağırılıb. Bu gün keçiriləcək toplantıda əsas mövzu Yaxın Şərqdəki durum və HƏMAS lideri…

Ətraflı

Maria Stadnik karyerasını bitirdi

Azərbaycan millisinin qadın güləşçisi Maria Stadnik karyerasını bitirib. Viral.az xəbər verir ki, M.Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışnı başa vurduqdan sonra bu addımı atıb. Qeyd edək ki, dördqat olimpiya mükafatçımızın M.Stadnik 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqoryava məğlub olaraq Paris Olimpiadası ilə vidalaşıb.

Ətraflı

Bakıda tanınmış həkim vəfat etdi – FOTO

Tanınmış həkim-rentgenoloq Qulam İbrahimov vəfat edib. Viral.az xəbər verir ki, o, 71 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Qulam İbrahimov Ordubad rayonunda anadan olub. O, 1971-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində təhsil alıb. 1990-cı ildən tibb elmləri namizədidir. O, Mərkəzi Klinikada həkim-rentgenoloq vəzifəsində çalışırdı.

Ətraflı

Sabahın havası: yağış yağacaq, dolu düşəcək

Avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Viral.az verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq….

Ətraflı