Türkiyədə 4.4 ballıq ZƏLZƏLƏ

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 10.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ətraflı

Dörd hərbçimizin həlak olduğu yerdən GÖRÜNTÜLƏR – VİDEO

Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib. Viral.az xəbər verir ki, Baku TV…

Ətraflı

Novxanıdakı məşhur villa ŞOK QİYMƏTƏ SATILDI

Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa satılıb. Viral.az titul.az-a istinadən xəbər verir ki, Novxanıda yerləşən saray 6 milyon manatdan baha satılıb. Onu alan şəxs sözügedən malikanəni hotel kimi istifadəyə verməyə hazırlaşır. Qeyd edək ki, bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazini əhatə edir. 1500 kvadrat metr…

Ətraflı

Bu müəllimlərin dərs saatları ARTIRILACAQ – RƏSMİ

“Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır”. Viral.az sfera.az-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10 500 vakant yer təqdim…

Ətraflı

Bu yollarda tıxac var – SİYAHI

Bakıda tıxac olan yolların adları açıqlanıb. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən…

Ətraflı

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Viral.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin…

Ətraflı

“Zirə” bu gün Konfrans Liqasının cavab oyununa ÇIXIR

Bakının “Zirə” klubu bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. Viral.az xəbər verir ki, komandamız Slovakiyanın “DAK 1904” klubu ilə səfərdə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.  Bu komandalar arasında ilk görüşdə “Zirə” rəqibinə 4 cavabsız qol vurub. “Zirə” Slovakiya klubunu keçərsə, 3-cü mərhələdə “Osiyek” (Xorvatiya) – “Levadia” (Estoniya) cütünün qalibi üz-üzə…

Ətraflı

Paris Olimpiadasında bu gün hansı idmançılarımız çıxış edəcək 

Bu gün Azərbaycanın daha bir idmançısı Paris Olimpiadasında mübarizəyə başlayacaq. Viral.az xəbər verir ki, cüdoçu Zelim Kotsoyev ilk görüşünü keçirəcək. 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/8 finalda Pyotr Kuçera (Polşa) – Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.  Bundan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Aybek…

Ətraflı

Elçin Əmirbəyov ABŞ-də sülh prosesini müzakirə etdi 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-yə səfəri çərçivəsində bir sıra amerikalı rəsmilərlə görüşərək Bakı – Vaşinqton münasibətləri ilə yanaşı Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ətrafında fikir mübadiləsi aparıb.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti, habelə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin sosial şəbəkə hesabında bildirilib.   “Azərbaycan…

Ətraflı

“Avqustun 2-də Bakıya gələcəkdi…” – Laçında həlak olan hərbçi dəfn edildi – VİDEO

Laçında həlak olan dörd hərbiçidən biri gizir Fərid Famil oğlu Cəbrayılovun meyiti Kürdəmirin Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb. Viral.az bu barədə “Baku TV”yə istinadən xəbər verir. Atasının sözlərinə görə, Fərid 10 gün əvvəl evə gəlibmiş və hər şey qaydasında olub. Dayısı Elxan Əhmədov bildirib ki, Fərid 17 ildir hərbi xidmətdə olub: “44 günlük Vətən müharibəsində…

Ətraflı

Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK

Suraxanı, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Viral.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, Suraxanı, Binəqədi rayonunda və “Mərdəkan bağları” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Bağlar massivində, Bülbülə…

Ətraflı

Avqust ayının ilk gününün HAVASI

Avqustun 1-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 31-dən avqustun 01-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi…

Ətraflı

Oyaq olarkən beyin yuxulayır – Alimlər

Alimlər oyaq olduğumuz zaman beynin bəzi hissələrinin çox qısa müddətə yuxuya getdiyini, eyni nahiyələrin yatarkən qısa müddət ərzində aktivləşdiyini müəyyən ediblər.   Viral.az xarici mediaya istinadla xəbər verir ki, beynin yuxuda və ya oyaq vəziyyətdə olması orqanın ümumi vəziyyətinə görə müəyyən edilir. Ayrı-ayrı neyronları tədqiq etmədən alimlər beyindəki dalğalara əsaslanaraq beynin oyaq olub-olmadığını müəyyənləşdiriblər. Lakin…

Ətraflı

“Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.   Viral.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın “Ludoqorets” komandası ilə üz-üzə gələcək.   Razqrad təmsilçisi II təsnifat mərhələsinin cavab görüşündə “Dinamo”ya 0:1 hesabı ilə məğlub olsa da, ilk matçda 2:0 hesablı qalib gəldiyi üçün mərhələ adlayıb.   Qeyd edək ki, “Qarabağ”la Bolqarıstan çempionu arasındakı…

Ətraflı

Magistraturaya boş qalan yerlərə ixtisas seçimi BAŞLAYIR

Bu gün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi başlayıb.   Bu barədə Viral.az–a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.   Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına II tur qəbul üçün müxtəlif proqramlar üzrə birgə 837 dövlət sifarişli plan yeri qalıb.   Qeyd olunub ki, ixtisaslaşma seçimi avqustun 1-dən 8-dək…

Ətraflı

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər – Həkim digər əlamətləri açıqladı

Əgər zəiflik, tez yorulmaq, üşümək, baş ağrısı kimi şikayətləriniz varsa, anemiyanız ola bilər. Viral.az medicina-ya istinadən xəbər verir ki, Dr. Rüştü Vural anemiyanın qırmızı qan hüceyrələrinin sayının və ya hemoglobin miqdarının azalması olduğunu ifadə edərək bunun 3 səbəbini izah edib: “Qan itkisi, qırmızı qan hüceyrəsi (eritrosit) istehsalının pozulması, qırmızı qan hüceyrələrinin məhvinin artması anemiyaya səbəb…

Ətraflı

Enerji içkilərinin daha bir zərəri AÇIQLANDI

Enerji içkilərindən istifadə orqanizmdə hormonal balansın pozulmasına gətirib çıxarır. Viral.az medicina-ya istinadən xəbər verir ki, bunu endokrinoloq Ancelina Kombarova deyib. O, buna enerji içkilərinin tərkibindəki kofeinin səbəb olduğunu bildirib: “Həddən artıq kofein testosteron istehsalını azaldır və estrogen sintezini artırır. Bundan əlavə, enerji içkilərinin müntəzəm istifadəsi asılılıq yaradır”. Kombarova onu da qeyd edib ki, isti mövsümdə…

Ətraflı

Sovet vaxtı çaya niyə soda əlavə edirdilər?

İndi hər hansı bir ərzaq mağazasında o qədər çoxlu çay var ki, insane bilmir hansını alsın. Bəzən xüsusi əlavələr olmadan çay tapmaq demək olar ki, mümkün deyil. Viral.az lent.az-a istinadən xəbər verir ki, sovet dövründə demək olar ki, çox az sayda çay növü vardı. Bundan əlavə çay hazırlayarkən sodadan istifadə edilirdi.  Bunun sayəsində çay daha güclü…

Ətraflı

Niyə kişilərə nisbətən qadınlar daha çox infarkt olur?

İsveçdəki Karolinska İnstitutunun alimləri hesablayıblar ki, fəsadlarla müşayiət olunan infarkt 50 yaşlı qadından orta hesabla 11 il, ürək funksiyası qorunmuş 80 yaşlı kişi isə təxminən beş ay itirir.  Viral.az lent.az-a istinadən xəbər verir ki, alimlər 1991-2022-ci illər arasında miokard infarktı keçirmiş 335 min insanın sağlamlığı və gözlənilən ömür uzunluğu ilə bağlı məlumatları təhlil ediblər. Tədqiqat…

Ətraflı

52 yaşlı balıqçı dənizdə batdı

Xəzər dənizində 52 yaşlı İsgəndər Hüseynov adlı balıqçı batıb.   Viral.az bu barədə “Baku TV”yə istinadən xəbər verir.   Yaxınları iddia edirlər ki, iyulun 30-u balıqçı səhər saatlarında qayıqla dənizə açılıb, lakin günorta vaxtlarında onunla əlaqə yaratmaq mümkün olmayıb.   Məlumata görə, qayıqda iki naqil birləşik vəziyyətdə olub, onlardan biri qırılıb, digəri isə yoxdur. İddia…

Ətraflı