Azərbaycan futbol üzrə dünya çempionatını keçirməkdən imtina etdi

Azərbaycan hərbçilər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etməkdən imtina edib. Viral.az xəbər verir ki, iyulun 20-də “deadline” bitib. Gənclər və İdman Nazirliyindən Beynəlxalq Hərbi İdman Şurasına (CISM) 2025-ci ildə bu yarışı keçirə bilməyəcəkləri bildirilib. Buna səbəb 2025-ci ildə ölkəmizin III MDB Oyunlarına ev sahibliyi etməsidir. Qeyd edək ki, hərbçilər arasında futbol üzrə ilk…

Ətraflı

Ailənin yeganə övladı qaraciyərini anasına verdi – VİDEO

Uzun illərdir qaraciyər çatışmazlığından əziyyət çəkən anaya öz oğlu donor olub. Belə ki, Hacıqabul rayonunun sakini Elçin Qəniyev anası Tamam Qəniyevaya öz qaraciyərini verib. Viral.az xəbər verir ki, Elçin Qəniyev evin tək övladıdır. Amma anası üçün heç düşünmədən sağlamlığını fəda edib. Valideyni razı olmasa da, o, israr edərək belə bir addım atıb. 10-15 ildir qaraciyər…

Ətraflı

Bəzi çaylardan sel keçib – Faktiki HAVA

İyulun 25-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb….

Ətraflı

Bakıda qadının ölümünə rəfiqəsi səbəb olub – TƏFƏRRÜAT

Bakıda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub. Viral.az Oxu.az-a istinadən bildirir ki, hadisə xəyanətə görə baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birlərinə “bacı” deyə müraciət ediblər. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu…

Ətraflı

Qolunu şüşə kəsən kişi xəstəxanada ÖLDÜ

Şəkidə qolunu şüşə kəsən 34 yaşlı kişi xəstəxanada vəfat edib. Viral.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu ötən gün saat 20 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib. Nəticədə şüşə onun qolunu kəsib. 34 yaşlı kişi xəstəxanaya çatdırılıb, lakin tibbi yardımlara baxmayaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

“Mi-28” helikopteri qəzaya uğradı – Ekipaj üzvləri həlak oldu

Rusiyanın Kaluqa vilayətində “Mi-28” helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub. Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, helikopter boş əraziyə düşüb. Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.

Ətraflı

İyulun son həftəsi: Üç bürcə çoxdan gözlənilən uğur gətirəcək

İyulun son həftəsi 3 bürcə çoxdan gözlənilən uğur gətirəcək. Onlar firavanlıq və xoşbəxtlik mərhələsinə qədəm qoyacaqlar. Viral.az lent.az-a istinadən məlumatına görə, bürcün 3 nümayəndəsi üçün özünü təkmilləşdirmə yolu açılacaq. Onları müsbət dəyişikliklər və xoşbəxt gələcəyə ümid gözləyir. Qız bürcü İyulun sonunda Qız bürcü müsbət enerji yaymağa başlayacaq. Onlar qətiyyət və ən yaxşı keyfiyyətlər nümayiş etdirəcəklər….

Ətraflı

Bayden xalqa müraciət etdi

ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib. Viral.az xəbər verir ki, Amerika liderinin oval kabinetdə çıxışı canlı yayımlanıb. Bayden ilk növbədə həmvətənlərini prezident seçkilərində ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb: “Mən öz seçimimi etdim, indi seçim sizindir – Amerika xalqı”. O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb. ABŞ Prezidenti çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını…

Ətraflı

“Heç bir restoranda hesab ödəmirəm” – “Oliqarx Baku”dakı davanın təfərrüatı

Bakının Nərimanov rayonunda yerləşən “Oliqarx Baku” restoranında baş verən davaya görə məhkəmə prosesi başa çatıb. Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, restoranın Vüsal adlı icarədarını döyən Həsən adlı müştərinin azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb. Hadisə isə bu ilin fevralında baş verib. Məhkəmədə verilən ifadələrdən məlum olub ki, səhər saatlarına doğru müştərinin…

Ətraflı

Bu yollarda sıxlıq – SİYAHI

Bakı şəhərinin yollarındakı son vəziyyət açıqlanıb. Viral.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Ətraflı

Ərdoğanın komandası toplaşır: Azərbaycan da müzakirə ediləcək

Türkiyənin Milli Təhlükəsizlik Şurası iki aylıq fasilədən sonra bu gün yenidən bir araya gələcək.   Viral.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclas Beştəpə sarayında baş tutacaq.   Görüşdə Türkiyənin sərhədyanı terrorla mübarizə əməliyyatları, Suriya ilə normallaşma prosesi, Qəzzadakı müharibə gündəmin əsas mövzuları olacaq. Şimali İraqda PKK hədəflərinin məhv edilməsi…

Ətraflı

Netanyahu Yaxın Şərqdə NATO-ya oxşar təşkilatın yaratmağını təklif etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə İrandan gələn təhlükəyə qarşı çıxmaq üçün Yaxın Şərqdə NATO-ya bənzər bir ittifaq yaratmağı təklif edib.   Viral.az xəbər verir ki, o, bunu ABŞ Konqresində çıxışı zamanı bildirib.   “İkinci Dünya müharibəsindən sonra ABŞ artan sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratdı və bu gün Amerika və İsrail…

Ətraflı

Bayden seçkilərdə Harrisi dəstəkləməyə çağırdı

ABŞ lideri Co Bayden xalqa müraciət edib.   Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmvətənlərini prezident seçkilərində ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb.   “Cəmi bir neçə aydan sonra amerikalılar ABŞ-nin gələcəyinin kursunu seçməli olacaqlar. Mən seçimimi etdim, fikrimi bildirdim. Gözəl vitse-prezidentimiz Kamala Harrisə təşəkkür etmək istərdim. İndi seçim sizindir – Amerika xalqı”,…

Ətraflı

Uşaqların sevimlisi olan bu içkilərdə təhlükəli maddələr var – DİQQƏT!

Verdiyi zərər baxımından “fast-food”larla yarışacaq içkilər yay aylarında daha da populyarlaşır. Mütəxəssislər müxtəlif kremlər, rəngləndirici və dadlandırıcı maddələr, eləcə də bol miqdarda şəkər ehtiva edən bu içkilərin piylənməyə səbəb olmaqla yanaşı, immunitet sistemini də zədələdiyini bildirirlər. Onların sözlərinə görə, uşaqlar bir yeməkdən almalı olduqları kaloriləri cəmi bir stəkan içkidən alırlar. Bir çox valideyn övladlarının bu…

Ətraflı

Kərə yağı insulta səbəb olur?

Amerikalı alimlər kərə yağının qanda pis xolesterinin səviyyəsini artırdığını və bununla da şəkərli diabet və insulta səbəb olduğunu açıqlayıblar. Viral.az medicina-ya istinadən xəbər verir ki, dietoloq Lidiya İonova bu açıqlamaya münasibət bildirib. Mütəxəssisin sözlərinə görə, problem konkret bir məhsulda deyil, bütövlükdə pəhrizin strukturundadır. “Amma həqiqətən də kərə yağı faydalı hesab edilmir. Bu, doymuş yağlardan ibarət…

Ətraflı

Qarpızın yetişmədiyini necə başa düşmək olar?

İlin istənilən vaxtında qida məhsullarını diqqətlə seçməlisiniz. Qarpıza gəldikdə, bu tərəvəz mövsümdənkənar dövrdə xüsusi diqqət tələb edir Viral.az lent.az-a istinadən xəbər verir ki, çünki bu dövrdə nitratlarla doymuş qarpız almaq riski əhəmiyyətli dərəcədə artır. 1. Yetişməmiş qarpızı kəsdikdə xarakterik çatlama səsi vermir. 2. Yaxşı (yəni yetişmiş və dadlı) qarpızın sapı quru və yan tərəfində meyvənin uzun…

Ətraflı

90 yaşlı məşhur musiqiçi vəfat etdi – FOTO

Britaniyalı blyuz musiqiçisi Con Mayall 90 yaşında Kaliforniyada vəfat edib. Viral.az Modern.az-a istinadən xəbər verir ki, Mayallın ölüm xəbərini onun yaxınları instaqram səhifəsində bildirib. 1960-cı illərdə o, populyar musiqinin inkişafına böyük təsir göstərmiş və Erik Klapton, Peter Qrin və Mayk Teylor da daxil olmaqla bir çox aparıcı rok gitaraçıları üçün başlanğıc meydançasına çevrilən “Bluesbreakers” qrupunu…

Ətraflı

Çinin Ukraynanın suverenliyini dəstəklədiyinə dair açıq siqnal var

“Uzun illərdən sonra ilk dəfə olaraq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşmək üçün Pekinə gedib. Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnal var. Bu da yaxşı haldır”.   Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində bildirib.   “Çin Sədri Si Cinpin əvvəllər…

Ətraflı