Tətildə formada qalmağın yolu – Məşqçi AÇIQLADI

Fitness məşqçisi Tom Holland tətildə formada qalmağın yolunu açıqlayıb. Bu barədə Viral.az lenta.ru-ya istinadən xəbər verir. Məşqçi bildirib ki, beş dəqiqəlik məşq hətta oteldə istirahət edərkən belə formada qalmağa kömək edəcək. Məşqin əsasına atlamalar daxildir. Holland daha sonra “skater” məşqini etməyi tövsiyə edib. “Bunu etmək üçün ayaqlarınızı çiyin genişliyindən ayıraraq dayanmaq, sağ ayağınıza sıçramaq və dizinizi…

Ətraflı

Qurban Qurbanova bahalı nömrə hədiyyə edilib? -Rəsmi AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” dövlət nömrə nişanını bağışladığı vurğulanıb. Viral.az xəbər verir ki, məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlama verib. Klub rəsmisi yayılan məlumatların…

Ətraflı

Karyerasını başa vuran Özil tanınmaz halda

“Real Madrid” “Arsenal” və “Fənərbaxça” kimi klublarda forma geyinən Məsut Özil futbolçu karyerasını başa vurandan sonra bodibildinqlə məşğul olmağa başlayıb. Viral.az xəbər verir ki, futbolçunun futbol oynadığı vaxtlardan fərqli olaraq daha yaxşı fiziki formada olduğu müşahidə edilib. Məsut Özilin sosial mediada paylaşdığı foto maraqla qarşılanıb.

Ətraflı

Trampı vuran şəxsin evində “şübhəli cihaz” tapıldı

ABŞ hüquq-mühafizə orqanları, səlahiyyətlilərin bildirdiyinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi edən şəxsin evində “şübhəli cihaz” aşkar ediblər. Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) bəyanatında deyilir. Qeyd edildiyi kimi, FTB əlavə sübut əldə etmək üçün atəş açan şəxsin evində və avtomobilində axtarışlar aparıb. Büro aydınlaşdırıb ki, hər iki…

Ətraflı

Bu ölkədə "Xiaomi" telefonlarında problem yarandı

Rusiyada “Xiaomi” qadcetlərinin işində genişmiqyaslı uğursuzluq baş verib.  Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu internet resurslarında problemlərə nəzarət edən “Downdetector.su” saytının məlumatları sübut edir . Şikayətlər Moskva vaxtı ilə təxminən 16:45-də gəlməyə başlayıb. Saat 17:30-a olan məlumata görə, “Xiaomi” ilə bağlı problemlər barədə 108 məlumat qeydə alınıb. // redaktor.az

Ətraflı

Sumqayıtda bir nəfər dənizdə batdı

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Ətraflı

Sabahdan Belarus nömrəli avtomobillər bu ölkəyə keçə bilməyəcək

Latviya hakimiyyəti iyulun 16-dan Belarusda qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib. Viral.az xəbər verir ki, Bu barədə rus.lsm.lv portalı Baltik Respublikasının Dövlət Gəlirləri Xidmətinə (DSX) istinadən məlumat verir. Belə ki, iyulun 16-da Bakı vaxtı ilə saat 01:01-dən Belarus dövlət nömrə nişanlı avtomobillər Latviya ərazisinə daxil ola bilməyəcək.

Ətraflı

Çexiya Serbiyanı Aİ barədə dəstəkləyir

Çexiya Serbiyanın Avropa İttifaqına daxil olmasını dəstəkləyir. Viral.az xəbər verir ki, bunu Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavski Praqaya səfərə gəlmiş serb həmkarı Marko Djuric ilə danışıqlardan sonra bildirib. “Çexiya Aİ-yə üzvlük danışıqlarında irəliləyiş əldə etmək səylərində Serbiyanı dəstəkləyir”, – o, qeyd edib.

Ətraflı

Baxımsız qalan 15 günlük körpə xilas edildi

Nəsimi rayonu ərazisində iaşə obyektində baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xilas edilib. Viral.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyəti qurumlarla birlikdə araşdırılıb. Məlum olub ki, körpə valideynlərinin diqqətsizliyi səbəbindən baxımsız vəziyyətdə qalıb. Araşdırmalar…

Ətraflı

Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb. Viral.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabrın 1-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl…

Ətraflı

Məcburi köçkünlərin yaşadığı yataqxanada YANĞIN

Şəmkirdə yanğın hadisəsi baş verib. Viral.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən peşə məktəbinin yataqxanası, hazırda Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. Belə ki, sözügedən yataqxanada olan otaqların birində anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yataqxananın qalan hissəsi yanğından mühafizə edilib.   Hadisənin baş…

Ətraflı

Gürcüstanda hakimiyyət böhranı – Zurabişvili Konstitusiya Məhkəməsində iddia qaldırdı

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıb.   Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan dövlət başçısının parlament katibi Georgi Msxiladze açıqlayıb.  “Gürcüstan Prezidenti ilk dəfə ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıb. İddia “xarici təsirin şəffaflığı haqqında” qanuna aiddir. Sözügedən qanun Konstitusiyaya uyğun gəlmir”, – deyə…

Ətraflı

Tatlısəs evə buraxıldı – VİDEO

Türkiyəli müğənni İbrahim Tatlısəs keçirdiyi ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.  Viral.az Türkiyə mediasına istinadən xəbər verir ki, çıxışda jurnalistlərin suallarını cavablandıran 72 yaşlı sənətçi səhhəti ilə bağlı açıqlama verib. “Özümü əla hiss edirəm. Allah bitdi demədikcə bitməz. 5 günə səhnəyə çıxıram”, – o bildirib. Evə buraxılan Tatlısəsi yeni barışdığı oğlu Ahmet Tatlısəs də tək…

Ətraflı

DTX-nın həbs etdiyi casus gəmi kapitanına bu cəza VERİLDİ

Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Viral.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Zahir Əsgərov verilmiş ittihamla təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, gəmi kapitanı Əsgərov Dövlət Təhlükəsizliyi Xidməti…

Ətraflı

Hərbi liseylərə qəbul imtahanın tarixi AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək. Bu barədə Viral.az-a DİM-dən məlumat verilib. Abituriyentlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi“ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası“ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar…

Ətraflı

Subbakalavrlar üçün builki müsabiqə  ŞƏRTLƏRİ

“İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılacaq”. Viral.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) subbakalavrların builki qəbulu ilə bağlı suala…

Ətraflı

Məzahir Pənahov deputat olmaq istəyənlərin sayını AÇIQLADI

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 119 seçki dairəsi üzrə 431 nəfər müraciət edib. Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.

Ətraflı

MSK-da daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Viral.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 15-də keçirilən iclasında qəbul edilib. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat (MMP), Demokratik Maarifçilik (ADMP) və Müsavat Partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb. Bununla…

Ətraflı

“Azərişıq” ASC Lerikdə sahibkarlarla görüş keçirib

“Azərişıq” ASC ölkənin bütün regionlarında elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı maarifləndirmə işlərinə də xüsusi diqqət yetirir. Cəmiyyət sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması məqsədilə fermer və sahibkarlarla bölgələrdə mütəmadi görüşlər keçirir. Onların fikirləri, təklifləri, şikayət və tövsiyələri dinlənilir. Viral.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri…

Ətraflı

Bu klinikaya qaraciyər və böyrək köçürülməsi icazəsi verildi

Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na dəyişiklik edilib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, sözügedən siyahıya “Yeni Klinika” publik hüquqi şəxs əlavə olunub. Qərarla klinika qaraciyər və böyrəklərin transplantasiyasını həyata keçirə…

Ətraflı