Qazaxıstanda zəlzələ oldu

Qazaxıstan-Qırğızıstanla sərhədində zəlzələ baş verib. Viral.az TASS-a istinadla xəbər verir ki, Qazaxıstan seysmoloqları Almatıda və Talqar rayon mərkəzində kiçik yeraltı təkanlar qeydə alıblar. “Zəlzələnin episentri Qazaxıstan ərazisində, Qırğızıstanla sərhəddə, Almatı şəhərindən 34 km cənub-şərqdə yerləşir”, – deyə açıqlamada bildirilir.  Qeyd edilib ki, tələfat və dağıntı yoxdur. (redaktor.az)

Ətraflı

ABŞ dövlət katibinin müavini İrəvanda Paşinyan və Mirzoyanla görüşəcək

ABŞ dövlət katibinin birinci müavini Riçard Verma iyunun 17-19-da Ermənistana səfər edəcək, burada Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirəcək. Viral.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, idarəetmə və resurslar məsələlərinə nəzarət edən Verma İrəvanda Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarını təmsil…

Ətraflı

Bayden oğlunu əfv etməyəcək

ABŞ Prezidenti Co Bayden silah pozuntusunda günahkar bilinən oğlu Hunteri əfv etmək niyyətində deyil. Viral.az TASS-a istinadla xəbər verir ki, ABŞ lideri bu barədə İtaliyanın cənubundakı Apuliya bölgəsində “Yeddilik Qrupu”nun sammiti çərçivəsində ikitərəfli görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib. “Münsiflər heyətinin qərarını qəbul edirəm və onu əfv etmək fikrində deyiləm”, –…

Ətraflı

Dünya şöhrətli müğənni vəfat etdi

Məşhur fransız müğənni və aktrisa Fransuaza Hardi 80 yaşında vəfat edib. Viral.az xəbər verir ki, bu haqda ifaçının oğlu, müğənni Tomas Dutronc xəbər yayıb. Qeyd edib ki, anası 20 ildən artıq xərçənglə mübarizə aparıb. 2023-cü ildə isə müğənni bir daha oxuya bilməyəcəyini açıqlayıb. Həmin ildə Amerikanın “Rolling Stone” jurnalı onu bütün zamanların 200 ən böyük…

Ətraflı

“Real Madrid”in kapitanı klubdan gedir

“Real”ın müdafiəçisi Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə yaxındır. Viral.az xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, İspaniya komandasının 34 yaşlı kapitanı keçmiş komanda yoldaşı Kərim Benzemanın çıxış etdiyi komanda ilə razılaşmanın son mərhələsindədir və buna görə də madridlilər fəal şəkildə əvəzedici axtarırlar. Klub Naçonun əvəzinə “Lill”in 18…

Ətraflı

Ukrayna tezliklə beş “Patriot” sistemi alacaq

Kiyev gözləyir ki, yaxın gələcəkdə Qərb tərəfdaşlarından ehtiyac duyduğu yeddi “Patriot” hava hücumundan müdafiə sistemindən beşini ala biləcək. Viral.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Hazırda şəhərlərimizi qorumaq üçün yeddi “Patriot” sisteminə ehtiyacımız var beş sistem var, buna baxmayaraq, Ukrayna üçün yaxın gələcəkdə yaxşı nəticələr görürük”, – o ABŞ Prezidenti…

Ətraflı

Baqrat etirazçıları küçələrə toplaşmağa çağırdı

“Bu günləri qələbə ilə başa vurduq. Sözün hərfi mənasında Paşinyan artıq dayandırılıb”. Viral.az “tert.am”a istinadla xəbər verir ki, bunu keşiş Baqrat Qalstanyan İrəvanda aksiyada deyib. O bildirib ki, hərəkatı yenidən təşkil etmək, daha əhatəli etmək, hərəkatı yekun qələbəyə çatdırmaq lazımdır. “Cümə, şənbə və bazar günləri müxtəlif siyasi qüvvələrlə görüşlər keçiriləcək”, – Baqrat deyib. “İyunun 17-də,…

Ətraflı

Litva Seymi sovet əsgərlərinin qəbiristanlıqlarının köçürülməsinə icazə verdi

Litva Seymi (parlamenti) sovet əsgərlərinin dəfn yerlərinin başqa yerlərə köçürülməsinin mümkünlüyü barədə qərar qəbul edib. Viral.az bu barədə TASS-a istinadla xəbər verir.  Plenar iclasda bunun lehinə 89 deputat səs verib, 5 nəfər bitərəf qalıb, əleyhinə isə səs verilməyib. Parlamentin qəbul etdiyi sənəddə deyilir: “Bu cür dəfnlər totalitar, avtoritar rejimləri və onların ideologiyasını təbliğ edən kimi…

Ətraflı

Britaniya Rusiyanın aktivlərini Ukraynaya ötürmək üçün yol axtaracaq

Böyük Britaniya təkcə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri deyil, həm də aktivlərin özlərini Ukraynaya köçürmək üçün hüquqi imkanlar axtaracaq. Viral.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Vladimir Zelenski arasında İtaliyada keçirilən “Yeddilik” (G7) sammiti çərçivəsində keçirilən görüşdən sonra Böyük Britaniya hökumət başçısının ofisi məlumat yayıb. “Hər…

Ətraflı

ABŞ və Ukrayna 10 illik təhlükəsizlik sazişi imzaladı

ABŞ Prezidenti Co Bayden İtaliyada keçirilən “Yeddilik Qrupu” sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb. Viral.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. “Tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansındakı mümkün üzvlüyünə körpü kimi baxırlar”, – agentlik sənədin mətnindən sitat gətirir. “Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər…

Ətraflı

Ukraynanın hansı şərtlərlə sülhə imza atacağına biz qərar verməyəcəyik

Alyans Ukrayna üçün Rusiya ilə münaqişədə hansı şərtlərlə sülhə razılaşacağına qərar verməyəcək. Viral.az xarici mediaya istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Biz burada qərargahda oturub Ukraynanın hansı şərtlərlə sülh bağlayacağına qərar verməyəcəyik. Buna Ukraynanın özü qərar verəcək”, – o, NATO-Ukrayna Şurasının Brüsseldə müdafiə nazirləri səviyyəsində keçirilən iclasının yekununda bildirib. Xatırladaq ki,…

Ətraflı

Sərxoş sərnişin təyyarənin göyərtəsində soyunaraq ekipaj üzvlərinə hücum etdi

Yarıçılpaq sərxoş kişi İspaniyanın Tenerife şəhərinə uçan təyyarədə iğtişaş törədib. Viral.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Hadisə Jet2 reysi ilə baş verib. Sərnişin təyyarəsi Şotlandiyanın Qlazqo şəhərindən İspaniyanın Tenerife şəhərinə uçurmuş. Uçuş zamanı əvvəlcə soyunan, daha sonra onu sakitləşdirməyə çalışan stüardessalara hücum edən nalayiq sərnişinə görə, təyyarənin kapitanı İrlandiyada plansız eniş…

Ətraflı

Putin İranın vitse-prezidenti ilə müzakirələr apardı

Rusiya Prezidenti Vladimir Putin İranın vitse-prezidenti Məhəmməd Möhbər telefon danışığı aparıb. Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, indi İran növbədənkənar prezident seçkilərinə hazırlaşır. Ölkə prezidenti İbrahim Rəisi may ayında helikopter qəzasında həlak olub. Onun səlahiyyətlərini seçkilərin nəticələrinə qədər birinci vitse-prezident Möhbər icra edəcək. Putin ona davam edən…

Ətraflı

G7 tezliklə Kiyevə yeni yardım paketi ayıracaq

Yeddilik Qrupu (G7) ölkələri yaxın vaxtlarda 50 milyard dollarlıq yeni paketdən Ukraynaya vəsaitlərin köçürülməsi üçün texniki şərtlər yaradacaq və bu vəsait dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək. Viral.az NTV-yə istinadıa xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz İtaliyanın cənubundakı Apuliya bölgəsində keçirilən G7 liderlərinin görüşündə jurnalistlərə bildirib. “Böyük yeddilik ölkələrinin Rusiyanın…

Ətraflı

Zelenski Qərbi “Marşal Planı”na bənzəyən plan hazırlamağa çağırdı

Ukrayna Prezidenti Volodimir Zelenski “Yeddilik” (G7) ölkələrindən F-16 qırıcı-bombardmançılarının tədarükünü və onlar üçün pilotların hazırlanmasını sürətləndirməyi xahiş edib. Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə o, G7 sammitində çıxışı zamanı deyib. “Mən də sizdən F-16-ya keçidimizi sürətləndirmək üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm, bu isə pilotların hazırlığının sürətləndirilməsi və pilotların təlim mərkəzlərinin…

Ətraflı

Ukrayna və Yaponiya ikitərəfli təhlükəsizlik sazişi imzaladı

Ukrayna və Yaponiya 10 il müddətinə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və 2024-cü il ərzində Kiyev Tokiodan 4,5 milyard dollar alacaq. Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. “Mən indicə Yaponiyanın baş naziri Fumio Kişida ilə G7 sammitində dövlətlərimiz arasında təhlükəsizlik sazişi imzaladım”, o, X-dəki səhifəsində yazıb.  “2024-cü ildə Yaponiya Ukraynaya…

Ətraflı

Bütün ölkələrdə ağıllı insanlar hələ də Rusiya ilə əməkdaşlıq etmək istəyirlər

Bütün ölkələrdə ağıllı insanlar hələ də Rusiya ilə bütün sahələrdə, o cümlədən elmdə əməkdaşlıq etmək istəyirlər. Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Dövlət başçısı qeyd edib ki, hazırda siyasət bütün fəaliyyət sahələrinə, o cümlədən mədəniyyət və elmi əməkdaşlığa təsir göstərir.  “Ancaq ağıllı insanlar və tərəfdaşlarımız başa düşürlər ki, bu,…

Ətraflı

Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi – FOTO

ATV-nin tanınmış aparıcısı Maya İmran işindən ayrılıb. O, Dövlət Məşğulluq Agentliyində çalışmağa başlayıb. Viral.az xəbər verir ki, aparıcı bu buradə facebook səhifəsində paylaşım edib. “Biz həmişə yaxşı işlərlə məşğuluq,” – paylaşımda qeyd edilib. Qeyd edək ki, Maya İmran 2018-ci ildən bəri ATV-nin əməkdaşı idi.    

Ətraflı

Macarıstan Brüsselin maliyyə şantajına boyun əyməyəcəyini bəyan ETDİ

Avropa İttifaqı (Aİ) məhkəməsinin Macarıstanı miqrasiya qaydalarını pozduğuna görə 200 milyon avro cərimələmək qərarı Avropa hüquq normalarına ziddir, ona görə də Budapeşt Brüsselin maliyyə şantajına boyun əyməyəcək. Viral.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas deyib. “Bu hökm bizim Avropa hüququ, Macarıstan Konstitusiyası, xarici sərhədlərin qorunması və miqrasiya…

Ətraflı

Bakıda Xəzərin sahili fantastik qiymətə satışa çıxarıldı

Bakıda çimərlik satışa çıxarılıb. Viral.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elan saytlarında məlumat yerləşdirilib. Novxanıda yerləşən obyektin ümumi sahəsi 1,1 hektar, tikili sahəsi isə 600 kvadrat metrdir. Hazırda yüksək məbləğə icarəyə verilən obyekt 3 850 000 manata təklif olunur. Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü başlayır. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və…

Ətraflı