Pezeşkianın andiçmə mərasimində Türkiyəni o təmsil edəcək
İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Viral.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Fidan ölkə prezidentinin xüsusi nümayəndəsi kimi İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəcək. Qeyd edək ki, andiçmə mərasimi iyulun 30-da baş tutacaq.