Muxtar Babayev Macarıstanın ətraf mühit naziri ilə görüşdü
COP29-un prezidenti Muxtar Babayev Macarıstanın ətraf mühit naziri Aniko Rayş ilə görüşüb. Viral.az xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib. “COP29 sədrliyinin komandası bu gün Macarıstanın ətraf mühit naziri Aniko Rayş ilə ortaq iqlim məqsədləri və iqlim fəaliyyətini müzakirə etmək üçün görüşüb”, – paylaşımda qeyd olunub.