Həkimlər xərçəngi koronavirusla səhv saldılar və aylarla qadını səhv müalicə etdilər
Britaniyalı bir qadında yumurtalıq xərçənginin simptomları aylarla koronavirusla səhv salınıb. Britaniyalı qadın Leanne-nin hekayəsini bacısı Natali Uayld danışıb. Viral.az xəbər verir ki, onun materialını “The Sun” nəşr edib. Onun sözlərinə görə, bacısı ilk dəfə 2020-ci ilin aprelində özünü pis hiss edib. Həkimlər onun vəziyyətini koronavirusun simptomları ilə səhv salıblar. “O, elə ağır nəfəs alırdı ki, sanki 90 yaşı var…