Bu rayonların qazı KƏSİLƏCƏK

Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 31.05.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatı dayandırılacaq. Bu barədə Viral.az “Azəriqaz” İB-dən bildirilib. Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin (bir hissəsi), Suraxanı rayonu üzrə Yeni Suraxanı qəsəbəsinin (tam olaraq) və Əmircan qəsəbəsinin Həmid Axundlu ilə Vaqif küçələrinin, Xətai…

Ətraflı

Daha 23 nəfərin bank məlumatları ələ keçirildi 

Ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarını aldadıb almaqla, 23 fakt üzrə polisə müraciət daxil olub. Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib. O, qeyd edib ki, məbləğlər – 11 000, 230, 1 300, 500, 300, 23, 480, 385, 1 050, 907,…

Ətraflı

Polad Bülbüloğlu Qaluzinlə regionu müzakirə etdi 

Rusiya xarici işlər nazirinin müavini və Azərbaycanın Moskvadakı səfiri ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.   Viral.az Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.   Söhbət zamanı 22 fevral 2022-ci il tarixli Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında…

Ətraflı

Kəmaləddin Heydərov qadın polkovnik-leytenanta yüksək vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis təyin edilib. Viral.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Vəfa Dadaşova təyin olunub. Qeyd edək ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva, ötən ilin dekabrında isə Tibb Xidmətinin rəisi…

Ətraflı

Kurs bitirən zabitlərə sertifikatlar təqdim edildi

Mayın 30-da Əməliyyat-taktiki fakültədə “Qərargah zabitləri” səviyyəsində təkmilləşdirmə kursunun 67-ci buraxılışına həsr olunmuş tədbir keçirilib.   Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib.   Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Tədbiri…

Ətraflı

Neftçalada “Azərbaycan təbiətinin mühafizəsində Ulu Öndərin rolu” konfransı

Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan təbiətinin mühafizəsində Ulu Öndər Heydər Əliyevin rolu” və “Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və “yaşıl texnologiyaların” tətbiqi” mövzularında elmi- praktiki konfrans keçirilib.   Viral.az xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən elmi- praktiki konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən…

Ətraflı

“TikTok”da qadınların fotolarını paylaşan şəxs TUTULDU

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.   DİN-in Mətbuat Xidmətindən Viral.az-a bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu “Tik-Tok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.   Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka…

Ətraflı

Qətər əmirindən təbrik MƏKTUBU

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Viral.az xəbər verir ki, təbrikdə deyilir:   “Zati-aliləri.   Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.   Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə…

Ətraflı

Naxçıvanın bu Nazirliyində nöqsanlar aşkarlandı

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının uyğunluq auditi aparıb. Viral.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb. Məlumata görə, audit 2023-cü ili əhatə edib. Audit nəticəsində əsasən aşağıdakılar müəyyən edilib: Əvvəlki illərdə yol verilmiş artıq və qanunsuz…

Ətraflı

Ceyhun Bayramov Şahbaz Şəriflə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşüb.   XİN-dən Viral.az-a verilən məlumata görə, görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.   Tərəflər, iqtisadiyyat, ticarət, enerji,…

Ətraflı

18 yolda tıxac var 

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.   Viral.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.   Hal-hazırda yollardakı vəziyyət :   1. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 2. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 4….

Ətraflı

Fransa xalqımın və ölkəmin müstəqillik hüququnu pozur

Müstəqilliyimizi qazanmaq üçün bütün imkanlarımızı və gücümüzü səfərbər etmişik və inanırıq ki, məqsədimizə nail olacağıq.   Viral.az xəbər verir ki, bunu Fransız Polineziyası Assambleyasının Büdcə və Maliyyəyə Nəzarət Komissiyasının sədri Maurea Tuaiahutapu mayın 30-da Bakıda keçirilən “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” mövzusunda konfransda səsləndirib.   Fransız Polineziyasının rəsmisi bildirib ki, ölkəmdə uşaqların…

Ətraflı

Daşkəsənə dolu düşüb – FAKTİKİ HAVA

Mayın 30-u saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.   Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.   Havanın temperaturu Bakıda və…

Ətraflı

Barselonada Rəsulzadənin 140 illik yubileyi qeyd olunub

İspaniyanın Barselona şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunub.   “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, Barselona Azərbaycan Evinin təşkilatçılığı və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan icmasının, yerli ictimaiyyətin nümayəndələri və media mənsubları iştirak ediblər.  …

Ətraflı

Sumqayıtda “BMW” sürücüsü həbs olundu

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı yol hərəkəti qaydalarını pozan velosipedçilər müəyyən edilib. Onlara şəxsi və digər insanların təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmələri tövsiyyə olunub. Yol hərəkəti qaydaları pozan 10 velosipedçi barəsində tədbir görülüb.   Viral.az xəbər verir ki, digər tədbir zamanı şəhər sakini…

Ətraflı

Xüsusi təyinatlılar təlimdə – FOTOLAR

Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsinin xüsusi təyinatlıları ilə “Piyada olaraq və texnikada reyd tədbirlərinin keçirilməsi” mövzusunda xüsusi-taktiki təlim təşkil olunub. Viral.az xəbər verir ki, təlimlər zamanı xüsusi təyinatlılarla uzun məsafələrə piyada taktiki yürüş keçirilib. Plana uyğun olaraq yaşamaq uğrunda mübarizənin amilləri, müxtəlif şəraitlərdə sığınacaqların hazırlanması, həmçinin çətin iqlim və relyef şəraitlərində dağlarda hərəkət üsulları üzrə…

Ətraflı

Aparat rəhbəri Daşkəsəndə vətəndaşları qəbul edib

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli mayın 30-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Daşkəsən rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.   Viral.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, aqrar sığorta, toxumçuluq, texnika ilə təminat və digər məsələlərlə bağlı olub.   Aparat rəhbəri Azad…

Ətraflı

Ermənistan Azərbaycana təzminat ödəməlidir – Fərid Şəfiyev

Ermənistan Azərbaycan ərazilərini mina ilə çirkləndirdiyinə görə təzminat ödəməlidir.   Viral.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuatın sorğusuna cavab olaraq bildirib.   BMTM sədri vurğulayıb ki, mina problemi Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesində vacib hissəni təşkil edir:   “Mina probleminin miqyası çox böyükdür və…

Ətraflı

Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 30-da Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb.   Nazirlər Kabinetindən Viral.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.   İki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Bakıda keçirilmiş…

Ətraflı

Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək.   Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ər-Riyaddakı Ukrayna səfirliyindən olan diplomatik mənbə bildirib.   Onun sözlərinə görə, Prezident Zelenski iyunun 1-də Səudiyyə Ərəbistanına səfər edəcək. Zelenski qısamüddətli səfər üçün Ciddəyə gələcək və o, burada şahzadə Məhəmməd bin Salman və digər yüksək vəzifəli rəsmilərlə…

Ətraflı

Finlandiya Prezidenti Azərbaycan liderini təbrik edib

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Viral.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza firavanlıq, tərəqqi arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, 2024-cü il noyabrın 12-13-də Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinə dəvətinizə…

Ətraflı