Kamran Əliyev Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədrini qəbul etdi

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağalinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir. Viral.az xəbər verir ki, Fəxri Xiyabanı ziyarət edən qonaqlar xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq…

Ətraflı

Hesablama Palatası nazirlikdə nöqsanlar aşkar etdi

Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarına Naxçıvan Muxtar Respublikası büdcəsindən ayrılan vəsaitlərin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının uyğunluq auditi aparılıb.   Viral.az Hesablama Palatasına istinadən xəbər verir ki, audit 2023-cü ili əhatə edib.   Məlumata görə, əvvəlki illərdə yol verilmiş artıq və qanunsuz xərclərin aradan qaldırılması ilə…

Ətraflı

Britaniyanın Bakıdakı səfirliyində COP29 ofisi açıldı

Böyük Britaniyanın Bakıdakı səfirliyində COP29 ofisi açılıb.   Viral.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.   “COP29 komandamızın ofisi açıqdır və bu, bizə azərbaycanlı tərəfdaşlarımızla birlikdə iqlim konfransının uğuruna töhfə verməyə imkan verəcək”, – paylaşımda bildirilib.

Ətraflı

Sabahdan Qalada Etno Fest başlayır

Sabah “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest”ə start veriləcək.   Bu barədə Viral.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.   Bildirilib ki, üç gün davam edəcək və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda Qala Qoruğu ərazisində Azərbaycan xalqının qədim etnik ənənələrini təcəssüm etdirən böyüklər və uşaqlar üçün interaktiv fəaliyyətlər, sərgilər, ustad…

Ətraflı

Muxtar Babayev Barbadosun kənd təsərrüfatı naziri ilə görüşüb

COP29-un prezidenti Muxtar Babayev Barbadosun kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi naziri İndar Veyr ilə görüşüb.   Viral.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.   “COP29 sədrliyinin nümayəndə heyəti ilə Barbadosun kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi naziri İndar Veyr arasında iqlim dəyişikliyinin ada dövlətlərinə qeyri-mütənasib şəkildə necə təsir etdiyinə dair…

Ətraflı

Keşiş bütün erməniləri axşam mitinqinə çağırdı

İş günü başa çatandan sonra da Ermənistan hökumətinin binası yanında qalmağa davam edəcəyəm və hamını mənə qoşulmağa çağırıram. Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu “Vətən naminə” hərəkatın lideri, keşiş Baqrat Qalstanyan deyib. “İşini saat 18:00-da bitirənlər gəlsinlər, bizə qoşulsunlar ki, biz daha çox olaq”, – deyə Qalstanyan əhalini mitinqə çağırıb. Arxiyepiskopun sözlərinə görə,…

Ətraflı

Cəsarət Valehovun yeni vəzifəyə təyinatı təsdiqləndi

Mədəniyyət Nazirliyində yeni təyinat olub.  Viral.az xəbər verir ki, APA-nın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Cəsarət Valehov müşavir təyin edilib. O, bir müddət öncə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb. Təyinatı Mədəniyyət Nazirliyindən təsdiq ediblər. 

Ətraflı

Makronun rəqibi ona xəbərdarlıq etdi

Kiyevin Rusiya ərazilərindəki hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyən Fransa prezidenti Makronun mövqeyi dünya müharibəsinə doğru daha bir addımdır. Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa parlamentinin Milli Birlik fraksiyasının lideri Marin Le Pen bildirib.  “Makron Fransanın müharibəyə getməsini istəyir. Mən bunun əleyhinəyəm və hesab edirəm ki, bu, vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük risk…

Ətraflı

Polis iqtisadçı eksperti SAXLADI

Fərid Mehrəlizadə polis orqanına dəvət olunub.   Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.   Qeyd olunub ki, hazırda araşdırma aparılır.   Qeyd edək ki, iqtisadçı Fərid Mehrəlizadənin saxlanılması barədə sosial şəbəkədə məlumat yayılıb.

Ətraflı

Azərbaycan və Türkiyə arasında Birgə Daimi Komissiyanın iclası keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 11-ci iclası keçirilib.   Nazirlikdən Viral.az-a verilən xəbərə görə, iclasda iştirak etmək üçün Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.  …

Ətraflı

Ceyhun Bayramov Pakistan Senatının sədri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Bayramov Ceyhun Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti vəzifəsini icra edən və Senat sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.   Bildirilib ki, müzakirələr zamanı Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi-ticari əlaqələr, investisiyalar, enerji…

Ətraflı

Kamboca Kralı İlham Əliyevə məktub göndərdi

Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Viral.az xəbər verir ki, məktubda deyilir:   “Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.   Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də…

Ətraflı

Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.   Viral.az xəbər verir ki, məktubda deyilir:   “Hörmətli İlham Heydər oğlu.   Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.   Sizin dövlətiniz sosial-iqtisadi inkişaf üzrə böyük uğurlar qazanıb və beynəlxalq arenada nüfuzunu ardıcıl şəkildə möhkəmləndirir.   Arzu edirəm…

Ətraflı

Bakıdakı səfirlərin xanımları bir araya TOPLAŞDILAR

Bakıda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının xanımı Leyla Bağçının dəvəti ilə Ebru sənətinə həsr olunan tədbir keçirilib. Tədbir Türkiyə səfirliyinin təşkilatçılığı ilə reallaşıb.   Viral.az xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və səfirlərin xanımları iştirak ediblər.   Tədbirin açılışında Leyla Bağçı bildirib ki, Ebru Şərq ölkələrinə xas dekorativ sənətdir. Qərbdə bu…

Ətraflı

Həbsxanada görüşərik – Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ 

Bilirəm ki, Paşinyanla (Ermənistanın baş naziri – red.) görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm. Viral.az xəbər verir ki, bunu Ermənistanda keçirilən aksiyaların rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan mayın 30-da İrəvandakı Respublika meydanında itaətsizlik etirazı zamanı jurnalistlərlə söhbətində deyib.  Onun sözlərinə görə, Paşinyanla hər gün görüş gözlənilir. “Nə bu adamın,…

Ətraflı

COP29 uğur hekayəsi olacaq – Nazir

COP29-a sədrlik etmək böyük məsuliyyətdir.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.   Nazir deyib ki, Azərbaycan özü inkişaf etməkdə olan dünyanın bir parçasıdır və bu ölkələrin üzləşdiyi çətinlikləri anlayır.   XİN rəhbəri qeyd edib ki, Azərbaycanın COP29-a sədrliyi inkişaf etməkdə…

Ətraflı

UNDP və ANAMA Zəngilanda bəyannamə imzaladılar

BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) niyyət bəyannaməsi imzalayıb.   Viral.az xəbər verir ki, sənədin imzalanması Zəngilanda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı zamanı baş tutub.   Niyyət bəyannaməsi Azərbaycan ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasında əməkdaşlığı…

Ətraflı

Ceyhun Bayramov Qəzzadakı vəziyyətlə bağlı çağırış etdi

Qəzzadakı vəziyyət bizim hamımız üçün böyük narahatlıq mənbəyidir.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.   “Təbii ki, biz savaşın dərhal dayandırılmasına çağırış edirik. Biz inanırıq ki, Yaxın Şərqdə dayanıqlı və uzunmüddətli sülh yalnız iki dövlətli həll yoluna və BMT Təhlükəsizlik…

Ətraflı

Pakistan Azərbaycanı tam dəstəkləyəcək – Nazir

Biz qardaş Azərbaycanı COP29-a ev sahibliyini qazanması münasibətilə təbrik edirik.   Viral.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.   O qeyd edib ki, Pakistan COP29-a sədrliyi dövründə Azərbaycanı tam dəstəkləyəcək.   “Bizim ölkələrimiz iqlim dəyişikliyi və bərpaolunan enerji sahələrində də əməkdaşlığın…

Ətraflı