Aİ Ukrayna yumurtası və şəkərinə rüsum tətbiq edəcək

İyunun 28-də Avropa İttifaqı Ukraynadan yumurta və şəkər idxalına bir il müddətinə rüsumlar tətbiq edəcəyini elan edəcək. Viral.az “Financial Times”a istinadən xəbər verir ki, Ukrayna məhsullarına ağ şəkərin hər tonu üçün 419 avro, xam şəkərin hər tonu üçün 339 avro və yumurtanın kiloqramı üçün 30 avro sent ödəmələri nəzərdə tutulub. Ukraynadan gələn mallara rüsumların ləğvi 2022-ci ildən qüvvədədir….

Ətraflı

Rusiya və İran yaxın vaxtlarda yeni müqavilə imzalaya bilər

Moskva və Tehran yaxın vaxtlarda Rusiya qazının tədarükü üçün müqavilə imzalamağa hazırdır.   Viral.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Qazprom” və İran Milli Qaz Şirkəti Rusiya Federasiyasından İrana qaz nəqlinin təşkilinin inkişafı üzrə Strateji Memorandum imzalayıblar.   İranın neft naziri Cavad Oudci bildirib ki, ölkənin infrastrukturu tezliklə Rusiya qazını qəbul etməyə hazır olacaq.   “Birgə memorandumun…

Ətraflı

Qondarma qurumun “çekist”ləri Ermənistan MTX-də işə götürüləcək

Ötən ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxdığını elan edən keçmiş oyuncaq rejimin qondarma “Milli Təhlükəsizlik Xidməti”nin işçilərinə Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) işləmək imkanı yaradılır.   Viral.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müvafiq layihə Ermənistan hökumətinin bu gün keçirilən iclasında bəyənilib.   Layihə müzakirə olunaraq qəbul olunmaq üçün parlamentə göndərilib….

Ətraflı

Rusiya Boliviyada dövlət çevrilişinə cəhdi pislədi

Rusiya Federasiyası Boliviyada dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyir. Viral.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Rusiya həmçinin Boliviyanın daxili işlərinə dağıdıcı xarici müdaxilə cəhdlərinə qarşı xəbərdarlıq edir və Boliviya prezidenti Luis Arse hökumətinə tam, sarsılmaz dəstəyini bildirir. Dəniz SƏTTARLI

Ətraflı

Ermənistan Aİ-yə daxil olmaq üçün referendum keçirə bilər

Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına daxil olmaq mümkünlüyü məsələsini referenduma çıxara bilər. Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Latviyaya səfəri zamanı bildirib. “Cəmiyyətimizin bir qərarı var – Avropa İttifaqının bir hissəsi olmaq. Bir neçə gün əvvəl parlamentimizdə Ermənistanın Aİ-yə üzv olması üçün referendumun keçirilməsi ilə bağlı müzakirələr…

Ətraflı

Mersin SİLKƏLƏNDİ

Türkiyənin Mersin vilayətində yenidən zəlzələ olub.   Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.   Bildirilib ki, vilayətin Toroslar rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.   Ocağı yerin 12.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ətraflı

Qonşularımıza qarşı ərazi iddiamız yoxdur

“Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir”.   Viral.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Latviyaya səfəri zamanı Rus.LSM-ə bildirib.   “Uzunmüddətli sülhün bərqərar olması üçün dəstəyə ehtiyacımız var. Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur”, – o qeyd edib.   “Bu işdə həm Latviyanın, həm də digər Avropa tərəfdaşlarının köməyinə ehtiyacımız var. Biz Latviya…

Ətraflı

Ermənistanın baş prokuroru məhkəmədə UDUZDU

Ermənistanın Kotayk vilayətinin keçmiş prokuroru Apres Qriqoryan ölkənin baş prokuroru Anna Vardapetyana qarşı məhkəmədə qalib gəlib.   Viral.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.   Belə ki, Qriqoryan 2023-cü ilin avqustunda Vardapetyanı onun telefon danışıqlarının dinlənilməsi ilə əlaqələndirdiyi işdən çıxarılması ilə bağlı məhkəməyə verib.   Nəşrin məlumatına görə, mayın 24-də Kassasiya Məhkəməsi…

Ətraflı

Rusiya Çinə buğda ixracını 9 dəfə artırıb

2024-cü ilin yanvar-may aylarında Rusiyadan Çinə buğda ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 dəfə artaraq 124,7 min ton təşkil edib. Viral.az “TASS”a istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında Rusiya buğdasının Çin bazarına idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 dəfə artıb. Həcm baxımından Çinə buğda ixrac edən ilk üç…

Ətraflı

Bu sosial şəbəkə “erotik” məzmunla mübarizəyə BAŞLADI

Rusiyada məşhur “Odnoklassnik” sosial şəbəkəsi erotik məzmunla mübarizə aparmağa başlayıb. Viral.az “Lenta.ru”ya istinadən xəbər verir ki, indi ədəbsiz xarakterli şəkillər və “GIF” faylları avtomatik aşkarlanır və bulanıqlaşır. “İndi istifadəçilərimizin və texnologiyamızın köməyi sayəsində “OK”də olan insanlar daha az istənməyən məzmun görəcəklər”,- deyə “OK” məhsul direktoru Aleksandr Moskviçev bildirib. Qeyd olunur ki, yeniləmə təsviri sənətə, idmançıların fotoşəkillərinə və…

Ətraflı

Polşa və Baltikyanı ölkələr Aİ-dən pul istəyir

Polşa, Latviya, Litva və Estoniya Rusiya və Belarusla sərhəddə “müdafiə xətti” çəkməyi planlaşdırır və Avropa İttifaqından bunun üçün vəsait ayırmağı xahiş edirlər. Viral.az bildirir ki, bu barədə “Reuters” agentliyi siyahıda adı çəkilən Aİ ölkələrinin liderlərinin Aİ Şurasına sədrlik edən Belçikaya göndərdiyi məktuba istinadən xəbər verir. Məktubda deyilir: “Aİ-nin Rusiya və Belarusla xarici sərhədi boyunca müdafiə…

Ətraflı

11 yaşlı qız ana OLDU

Almaniyada 11 yaşlı qız ögey atasından uşaq dünyaya gətirib. Viral.az “gazeta.ru”ya istinadən bildirir ki, hadisə Şimali Reyn-Vestfaliya federal əyalətində baş verib. Uşağın hamiləliyi məktəbdə müəllimlər bilib və polisə müraciət ediblər. Qısa müddətdən sonra məktəbli uşaq dünyaya gətirib. Gənc ananın ögey atası, yeni doğulmuş körpənin isə atası hələ də saxlanılmayıb. Hüquq-mühafizə orqanları sübut çatışmazlığını əsas gətirirlər….

Ətraflı

Rusiyanın Ukraynadakı itkiləri 540 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1260 hərbçisini itirib.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.   Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 539 320 nəfərə çatıb.   Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 9 zirehli döyüş maşını, 42 artilleriya…

Ətraflı

“ABŞ-də prezident seçkiləri əyləncəli şouya çevrilib”

“ABŞ-də prezident seçkiləri ilə bağlı debatlar əyləncəli şouya çevrilib”. Viral.az xəbər verir ki, bu barədə amerikalı siyasətçi, Nyu-York ştatından senatorluğa müstəqil namizəd Dayan Sayre bildirib. “Bu günlərdə ciddi müzakirələr görəcəyimizi düşünmürəm. Bugünkü prezident debatları bir fars və spikerin öz fikrini çox məhdud bir zamanda düzgün formalaşdırmaq və çatdırmaq üçün vaxtının olmadığı bir şoudur”. Sayre ABŞ prezidentliyi yarışının nəticəsini proqnozlaşdırmaqdan imtina…

Ətraflı

Səadət Partiyası növbədənkənar qurultayını LƏĞV ETDİ

Türkiyədə müxalif Səadət Partiyası 30 iyun tarixində keçirilməsi nəzərdə tutulan növbədənkənar qurultayını ləğv edib.   Viral.az xəbər verir ki, partiyanın rəsmi X səhifəsində bununla bağlı sədr Temel Karamollaoğlunun imzaladığı qərar paylaşılıb.   Qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb və “görülən lüzum üzərinə” ifadələrindən istifadə olunub. Belə ki, növbədənkənar qurultay əvəzinə noyabrda keçirilməli olan növbəti qurultayın baş tutacağı…

Ətraflı

Sərhədi miqrantlardan qorumaq üçün xüsusi təyinatlılar yaradılacaq

Polşada miqrant qrupları ilə mübarizə aparmaq üçün sərhəd xüsusi təyinatlı dəstələri yaradılacaq. Viral.az “TASS”a istinadən xəbər verir ki, bu haqda ölkə rəsmiləri məlumat yayıb. Model “təhlükəli obyektlərdən istifadə edərək zorakı qruplarla mübarizə aparmaq üçün öyrədilmiş polis qüvvələri” ola bilər. Sərhəd xüsusi təyinatlılarının hazırlanması üçün hansı müddətə ehtiyac duyulacağı və yeni bölmənin ölçüsünün nə olacağı dəqiqləşdirməliyib….

Ətraflı

İnternetdə intim xidmətə görə cinayət məsuliyyəti TƏSDİQLƏNDİ

Qazaxıstan Parlamenti Senatının (yuxarı palatası) deputatları internet vasitəsilə seksual xidmətlərin təşkilinə görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan insan alverinə qarşı mübarizə haqqında qanunu müşayiət edən əlavələrlə təsdiqləyiblər. Viral.az “TASS”a istinadən xəbər verir ki, “Fahişəlik” anlayışının təklif olunan mətni fahişəliyin növlərini, o cümlədən yetkinlik yaşına çatmayanların qanunsuz cəlb edilməsi ilə məşğul olanları əhatə etməyə və gələcəkdə…

Ətraflı

Adanada ZƏLZƏLƏ

Türkiyənin Adana vilayətində yenidən zəlzələ qeydə alınıb.   Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.   Bildirilib ki, vilayətin Saimbeyli rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.   Ocağı yerin 5.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ətraflı

İranda prezident seçkiləri öncəsi sükut günü keçirilir

İran prezidentliyinə namizədlərin seçkiqabağı təşviqat dövrü yerli vaxtla saat 8:00-dan ölkədə sükut günü başlayıb. Bu barədə Viral.az “TASS”a istinadən xəbər verir. “Bütün namizədlərdən, partiyalardan, siyasi hərəkatlardan və onların tərəfdarlarından müəyyən edilmiş müddət bitdikdən sonra namizədləri dəstəkləmək üçün hər hansı təşviqat tədbiri keçirməkdən çəkinməlidirlər və həmçinin səsvermə günü hər hansı təşviqat simvollarını taxmamalıdırlar”, – İslam Respublikasının…

Ətraflı

Təyyarə məcburi eniş etdi – Suya düşdü

Kalininqrad vilayətində yüngül mühərrikli təyyarə məcburi eniş edərək suyun üzərinə düşüb. Viral.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi “Telegram” kanalında məlumat yayıb. Təyyarə Kalininqrad vilayətində Meçta SNT yaxınlığında məcburi eniş edib. İlkin məlumata görə, xəsarət alan olmayıb. “Müstəntiq baş verənlərin bütün hallarını, səbəblərini və şərtlərini müəyyən etməyə yönəlmiş bir sıra…

Ətraflı

İstanbulda 4 mərtəbəli bina ÇÖKDÜ

Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli bina qismən uçub.   Viral.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.   Hadisə bu gün səhər saatlarında İstanbulun Avropa hissəsində, Bahçelievler səmtində baş verib.   Dağıntıların altında insanların ola biləcəyi ehtimal edilir. Hadisə yerinə təcili yardım və xilasetmə xidmətləri cəlb edilib.

Ətraflı