İrəvanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb
“İrəvan KTMT-yə rəsmi sənədlər göndərməyib ki, təşkilat üzvləri Ermənistanın gedişinin mümkün nəticələrini müzakirə etsinlər”. Viral.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, jurnalistlərlə danışarkən əlavə edib ki, bu gün Almatıda keçirilən Nazirlər Şurasında İrəvanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb: “Belə bir tələb olmayıb”.