Rusiyanın Ukraynadakı itkiləri 525 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1250 hərbçisini itirib.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.   Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 524 060 nəfərə çatıb.   Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 26 zirehli döyüş maşını, 48 artilleriya sistemi…

Ətraflı

Qara dənizdə çimmək olar?

Qara dənizin Gürcüstan akvatoriyasında yoxlamalar aparılıb.   Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit Agentliyi məlumat yayıb.   Alınan nümunələr Gürcüstanın Qara dəniz suyunun keyfiyyətinin normal həddə olduğunu göstərib.   Mütəxəssislər suyun hidrobioloji və kimyəvi parametrlərini yoxlayıblar. Beləliklə, Gürcüstanda Qara dənizdən çimərlik mövsümündə istifadə etmək olar.

Ətraflı

“Coca-Cola” yenidən Rusiyaya qayıtmaq istəyir

2022-ci ildə Rusiyanı tərk edən Amerika sərinləşdirici içki istehsalçısı “The Coca-Cola” şirkəti aprel ayında Rospatent-ə ticarət nişanının qeydiyyatı üçün üç ərizə təqdim edib.   Viral.az xəbər verir ki, təqdim olunan ərizə “Coca-Cola”, “Sprite” və “Fanta” brendlərinin yenidən qeydiyyatdan keçirilməsi ilə bağlıdır.   Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra McDonald’s, The Coca-Cola…

Ətraflı

Blinkenin daha bir müavini Ermənistana gəlir

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma iyunun 17-də Ermənistana səfər edəcək.   Viral.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.   O, Ermənistan-ABŞ forumunda iştirak edəcək, həmçinin baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.   Qeyd edək ki, bundan əvvəl dövlət katibi Entoni Blenkenin Avropa…

Ətraflı

Bayden və Zelenski 10 illik saziş imzaladı

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə 10 illik təhlükəsizlik sazişi imzalayıb.   Viral.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.   Sənəddə qeyd edilir ki, tərəflər bu sazişin Ukraynanın Şimali Atlantika Alyansına mümkün üzvlüyü üçün körpü rolunu oynadığını qəbul edirlər.   Vaşinqton və Kiyev razılaşıblar ki, “Ukraynaya qarşı hücum və ya onun…

Ətraflı

ABŞ səfirliyindən etirazçılara ÇAĞIRIŞ

ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edib.   Viral.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.   ABŞ səfirliyi bildirib ki, paytaxt İrəvanda davam edən nümayişləri izləyirlər.   “Biz etirazçıları zorakılıqdan qaçmaqla sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq. Demokratik proses siyasi mübahisələri həll etmək yoludur. Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların ifadə və sərbəst…

Ətraflı

Britaniya özünü Çindən qorumalıdır

Son zamanlarda Britaniya Çindən daha aqressiv yanaşma görür, xüsusən də kiber sferada. Britaniyanın özünü bundan qoruması vacibdir.   Viral.az xəbər verir ki, bu sözləri Britaniyanın xarici işlər naziri Devid Kemeron Londonda xarici jurnalistlər üçün keçirilmiş mətbuat konfransı zamanı deyib. O, Britaniyanın Baş naziri olduğu zamanlarla müqayisədə hazırda Britaniya-Çin əlaqələrinin də dəyişdiyini diqqətə çatdırıb: “Ona görə ki,…

Ətraflı

Malatya SİLKƏLƏNDİ

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.   Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.   Bildirilib ki, vilayətin Akçadağ rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.   Ocağı yerin 12.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ətraflı

Almaniya öz “Patriot”larının 25 faizini Ukraynaya tədarük edib

“Almaniya üçüncü Patriot sistemini Ukraynaya təhvil verəcək, lakin daha çox göndərə bilməyəcək”.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius söyləyib.   Onun sözlərinə görə, Ukrayna hərbçiləri üçün kompleksin idarə edilməsi üzrə təlimlər başa çatdıqdan sonra sistem Ukraynaya veriləcək. Ölkə artıq üçüncü quraşdırma da daxil olmaqla, “Patriot” hava hücumundan müdafiə sistemlərinin dörddə…

Ətraflı

Belarus Ermənistandakı səfirini geri çağırır

Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.   Viral.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz bildirib.   Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirmək üçün Ermənistan səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb:   “Vəziyyətin inkişafını nəzərə alaraq, yaxın vaxtlarda İrəvandan olan səfirimiz də Minskə gələcək”.  …

Ətraflı

ABŞ Ukrayna yeni silahlar VERƏCƏK

ABŞ Ukraynanı hava hücumundan müdafiə sistemləri və artilleriya silahları ilə təmin edəcək.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.   Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının əvvəlində o, ABŞ prezidenti Co Baydenin elan etdiyi yeni yardım paketi çərçivəsində hərbi yardımın veriləcəyini bildirib.   “Prezident Bayden yeni yardım paketini də açıqladı…

Ətraflı

Donetskin işğaldakı hissəsinə miqrant axını PROBLEMİ

2022-ci ildən bəri Ukraynanın Donetsk vilayətinin işğal olunmuş hissəsinə 100 minə yaxın miqrant daxil olub.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, söhbət Şimali Qafqaz, Orta Asiya, xüsusən də Tacikistan və Özbəkistandan olan əhalidən gedir.   Bildirilir ki, miqrant axınının miqyası o qədər böyükdür ki, işğal administrasiyası vəziyyətə nəzarəti itirməyə başlayıb və regionda cinayətkarlıq xeyli artıb.   …

Ətraflı

Britaniya ABŞ-ın yeni Rusiya sanksiyalarına QOŞULUB

Böyük Britaniya ABŞ-ın Moskva Birjasına, Milli Klirinq Mərkəzinə və Milli Hesablaşma Depozitarına qarşı sanksiyalarına qoşulub.   Viral.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.   Londonun sanksiyalar siyahısı 40 mövqe genişləndirilib.   Eyni zamanda, Rusiya Federasiyasının Mərkəzi Bankı bildirib ki, yuan Rusiyanın əsas xarici valyutasına çevriləcək və yuan/rubl məzənnəsi indi avro və dollar daxil olmaqla,…

Ətraflı

Dövlət məktəbi müəllimlərinin maaşları ARTACAQ

İyulun 1-dən Gürcüstanda dövlət məktəbi müəllimlərinin maaşları orta hesabla 500 lari (175 dollar) artacaq.   Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın elm və təhsil naziri Giorgi Amilaxvari parlamentdə çıxışı zamanı bildirib.   O, həmçinin ümumi təhsilin milli məqsədləri haqqında sənəd təqdim edib:   “2004-cü ildən bəri ilk dəfə olaraq ümumi təhsilin milli məqsədləri ilə bağlı yeni sənəd…

Ətraflı

Kanada Ukraynaya 2 mindən çox CRV7 raketi verəcək

Kanada Ukraynaya 2 mindən çox CRV7 raketi və digər silahlar göndərəcək.   Viral.az xəbər verir ki, “Reuters” ölkənin milli müdafiə naziri Bill Klerə istinadən bu barədə məlumat yayıb.   Bundan əlavə, ölkə Ukraynaya Almaniya istehsalı olan 29 uzaqdan idarə olunan silah stansiyası və 130 min atıcı silah göndərəcək.   CRV7  raketləri 2000-ci illərin əvvəllərində ölkə tərəfindən istismardan…

Ətraflı

BRICS Oyunlarının açılışında Gürcüstan bayrağı nə gəzir? 

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRICS Oyunlarının açılışında Gürcüstan bayrağı da peyda olub.   Viral.az xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.   Müsabiqənin saytında Gürcüstan iştirakçı ölkələr sırasında yer alıb. Ayrı-ayrılıqda Rusiyanın müstəqil dövlət kimi tanıdığı iki işğal olunmuş separatçı region – Abxaziya və Cənubi Osetiya da iştirakçılar arasında var və açılışda…

Ətraflı

Tiflis “Avropa İdman Şəhəri 2025” statusu alıb

Gürcüstanın paytaxtı Tiflis “Avropa İdman Şəhəri 2025” statusu alıb.   Viral.az xəbər verir ki, Tiflis meriyası bu status üçün hələ 2023-cü ildə müraciət etmişdi.   İyunun 10-da Avropa Paytaxtları və Şəhərləri İdman Federasiyasının xüsusi komissiyası Gürcüstan paytaxtında olub. Komissiya üzvləri paytaxtın idman infrastrukturuna baxış keçirib, bələdiyyənin idman siyasəti, eləcə də cari proqram və layihələrlə yaxından tanış olublar.   “Gələn…

Ətraflı

Ermənistan prezidenti ilk dəfə Azərbaycanla sərhədə gəlib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuşdakı Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Viral.az xəbər verir ki, prezident Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olmaq üçün ayrılmış zonalardan birinə baş çəkib.  “İlk dəfə öz gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhəd var. Yəni tikanlı məftillər var, amma biz onu təkmilləşdirəcəyik. Orada bizi sərhədçilər…

Ətraflı

Türkiyənin BRİKS-ə üzvlüyü NATO-dan çıxmasına səbəb olacaq  

Rusiyalı filosof və politoloq Aleksandr Duqin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankaranın BRİKS-ə qoşulmaq istəməsi ilə bağlı açıqlamasına toxunub. Qeyd edək ki, BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının abbreviaturasıdır. Adıçəkilən ölkələr həmin təşkilatın üzvüdür və hər il sammit keçirirlər. Viral.az xəbər verir ki, Duqinin fikrincə, Hakan Fidanın açıqlaması Ankara üçün…

Ətraflı

“Hizbullah”ın İsrail üçün təhlükəli 1 milyon raketi var

Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatının sərəncamında İsrail üçün strateji təhlükə yarada biləcək 1 milyondan çox müxtəlif raketlər var.   Viral.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.   Məlumata görə, “Hizbullah” hərəkatı həmin silahları son on il ərzində toplayıb. Onların arasında yüksək…

Ətraflı

Ermənistan Belarusdakı səfirini GERİ ÇAĞIRDI

Ermənistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri məsləhətləşmələr üçün İrəvana geri çağırılıb.   Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.   Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında Belarus prezidenti Aleksandr Lukaşenkonu tənqid edib və o, prezident olduğu müddətcə Ermənistandan Belarusa heç bir rəsmi…

Ətraflı