Prezidentdən Natiq Qasımovla bağlı PAYLAŞIM

Prezident İlham Əliyev Natiq Qasımovla bağlı imzaladığı Sərəncam haqda paylaşım edib.

 

Viral.az xəbər verir ki, Prezidentin paylaşdığı fotonun üzərində bu sözlər yazılıb:

Son Yazılar:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”.